Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-789/2024 16.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat miqdarında sabit pul alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mən Cavabdeh ilə el adəti üzrə 2012-ci ilin yazında nikah bağlayaraq ailə qurmuş, bu nikahımız isə xx.xx.2019-cu il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində 195 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Bizim bigə nikahımızdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Muşviq qızı adında iki övladımız doğulmuş və on ilə yaxın bir müddətədə mehriban yaşamaqla birgə təsərrüfat aparmışdıq. Sonradan isə müxtəlif səbəblərdən yaranməş narazılıqlar nəticəsində aramızdakı nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-2/2023 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqlarımızın da cavabdehin yanında qalması müəyyən edilməklə onların saxlanması üçün məndən cavabdehin xeyrinə bir uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutulması da qət edilmişdir. Qeyd edim ki, aramızdakı nikah faktiki pozulduğu vaxtdan xx.xx.2013-cü il övladım X6 mənim yanımda olduğundan qeyd edilən qıtnamədə uşağın məndən alınaraq cavabdehə verilməsi göstərilmişdir ki, övladımın mənim yanımda qalmaq istəməsi səbəbindən məhkəmə qətnaməsinin icra edilməsi mümkün olmamışdır. Bundan sonra övladımın mənim yanımda qalmaq istəməsi səbəbindən bununla bağlı bir çox çətinliklərlə qarşılaşdığımdan tərəfimdən Şərur Rayon məhkəməsində müvafiq iddia qaldırılmış və nəticədə məhkəmənin qəbul etdiyi 2(110)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü oğlum X6 anası-cavabdehdən alınaraq mənim himayəmə verilmişdir. Artıq rəsmi olaraq 8 aydan çoxdur ki, övladım Yusif mənimlə birgə yaşayır. Bu müddətdə isə cavabdeh övladına lazımi qaydada diqqət göstərməyərək, onun qayğılarını çəkməkdə və onun tələbatını ödəməkdə mənə heç bir maddı köməklik göstərmir. Eyni zamanda nəzərinizə çatdırım ki, digər övladım xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Muşviq qızı hazırda cavabdehin yanında olmaqla onun saxlanması üçün tərəfimdən müəyyən edilmiş aliment məbləği vaxtlı-vaxtında ödənilsə də cavabdeh övladımla görüş ünsiyyətimə mane olmaqla Yusifin saxlanması üçün mənə heç bir maddı köməklik göstərmir.Buna görə də mən hazırki tələblə məhkəməyə müraciət edirəm. Qeyd edim ki, ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılması tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəfimdən Mediasiya Təşkilatına da müraciət edilmiş, lakin, cavabdeh mediasiya prosesinddən iştirak etməmişdir. Buna görə də Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmədiyini, çünki heç bir yerdə işləmədiyini, valideynlərinin himayəsində yaşadığını, valideynlərinin dəstəyi ilə özünün təminatını, iddiaçı tərəfindən ödənilən alimentlə isə himayəsində olan qızı xx.xx.2012-ci il təvəllüdlü X1 təminatını ancaq ödədiyini, eyni zamanda uşağının təlim-tərbiyəsi, onun bütün qayğılarının çəkilməsi və dərslərinin hazırlaması ilə məşğul olduğunu, iddiaçının tələb etdiyi alimenti ödəmək üçün ondan aldığı alimentin üzərinə əlavə 50 manat da pul qoyaraq iddiaçıya qaytarmalı olduğunu, onda himayəsində yaşayan azyaşlı qızının təminatını necə ödəyəcəyini, iddiaçının bu haqda heç düşünmədiyini, onu maddi cəhətdən ağır vəziyyətə salmaqla ona deyil, yalnız qızına pislik etmiş olacağını, bunun isə heç bir formada qəbul edilən olmadığını, ona görə də məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında çıxarışdan görünür ki, İddiaçı ilə X5 arasındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuş, həmin tarixdə 83 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-916/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə iş üzrə tərəflərin birgə nikahglarından doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X6 anası X2 alınaraq atası İddiaçı verilmişdir; - Şərur rayon Kosacan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 34 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də X6 16 mart 2013 tərkibdə ailə üzvləri vardır; Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər faktiki olaraq 2012-ci ildə rəsmi olaraq nikah qeydiyyatından keçərək evlənmişlər. Onların birgə evliliyindən iki övladı doğulmuş, keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və onlar arasındakı nikah Şərur Rayon Məhkəməsinin 2(110)-2/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra isə onların birgə evliliyindən doğulmuş uşaqlarının Cavabdeh yanında qalması, bir uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutulması da qət edilmişdir müəyyən edilmişdir. Sonradan Şərur Rayon məhkəməsinin 2(110)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü oğlum X3 atasının sanında saxlanılması müəyyən edilmişdir. İddiaçının dediyinə görə onun yanında saxlanılmış övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdehin isə övladının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, o, hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin qeyd olunan normasından da göründüyü kimi tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valdideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Həmçinin məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, həmçinin aliment ödənilən tərəfin az təminatlı valideyn olması halı nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, aliment ödənilməsi tələb olunan tərəf, yəni Cavabdeh heç bir yerdə işləmir, yalnız valideynlərinin pensiyası ilə özünün təminatını, iddiaçı tərəfindən ödənilən alimentlə isə himayəsində olan qızı 09 sentyabr 2017-ci il təvəllüdlü Nümayəndə Muşviq qızının təminatını ancaq ödəyir, eyni zamanda uşağının təlim-tərbiyəsi, onların bütün qayğılarının çəkilməsi və dərslərilə məşğul olur. Himayəsində azyaşlı uşağı olan cavabdehin heç bir yerdə işləməməsi, eyni zamanda da himayəsində olan uşağının saxlanılması üçün uşağın atası tərəfindən ödənilən alimenti iddiaçının himayəsində yaşayan digər uşağının saxlanması üçün iddiaçıya aliment ödəməsi onun maddi durumunu daha da pisləşdirəcəkdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı maddi vəziyyətinin ağır olduğunu bildirsə də, maddi vəziyyətinin ağır olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh aztəminatlı olmaqla yanaşı, həmçinin heç bir iş yeri və qazancı olmadığı halda iddiaçının xeyrinə aliment ödəyəcəyi təqdirdə o, müəyyən çətinliklərlə qarşılaşacaq, eyni zamanda mənəvi-psixoloji sarsıntılar keçirəcəklərdir. Həmçinin o, himayəsində olan azyaşlı uşağı saxlamağa görə iddiaçıdan, yəni atadan alınan alimenti yenidən öz aliment borcunu ödəmək üçün iddiaçıya qaytaracaqdır ki, bu da onun himayəsindəki azyaşlı uşağın təminatını hansı vəsait hesabına ödənməsini sual altında qoyacaqdır. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə cavabdehdən alimentin tutulması ədalətli və ağılabatan hesab edilə bilməz və İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır; - 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-789/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-789/2024
16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver