Məhkəmə qərarları › İş №2(110)-791/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-791/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-791/2022 16.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçının vəkilinümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsində Cavabdeh 17 avqust 2013-cü il təvəllüdlü X1 və 17 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi bir uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat, ümumilikdə 380 (üç yüz səksən) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddia ərizəsində 2010cu ildə İddiaçı və Cavabdeh rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladları 17 avqust 2013-cü il təvəllüdlü X1 və 17 avqust 2013-cü il təvəllüdlü X2 doğulduğunu, cavabdehin ailəyə və övladlarına qayğı göstərmədiyindənonların arasında olan ailə münasibətlərinin korlandığını, bu səbəbdən Nüşabənin azyaşlı övladları ilə birlikdə dörd aydır ki, Elməddindən ayrı yaşadığını, bu müddət ərzində cavabdeh tərəfindən uşaqların saxlanması üçün Nüşabəyə köməklik olunmadığını, Nüşabənin isə uşaqların saxlanılmasında çətinlik çəkdiyini, valideynlərinin maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, Cavabdeh Bakı şəhərində yaşadığını və kafe işlətdiyini, Bundan əlavə taksi fəaliyyəti göstərən iki minik avtomobilinin olduğunu, Elməddinin uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində Nüşabəyə əlavə maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiyada cavabdehlə alimentin ödənilməsi barədə razılıq əldə olunmadığını qeyd etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkilinümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini qeyd edərək izahatında həqiqətəndə xx.xx.2010-cu ildə İddiaçı ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə əkiz övladları 17 avqust 2013-cü il təvəllüdlü X1 və 17 avqust 2013-cü il təvəllüdlü X2 doğulduğunu, ilk vaxtlar ailə münasibətlərinin yaxşı olduğunu, sonradan tədricən münasibətlərinin soyuduğunu, iddiaçının onunla yola getmədiyini, artıq beş aydan artıqdır ayrı yaşadıqlarını, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin hamısının yalan olduğunu, onun heç bir sahibkarlıq fəaliyyətinin olmadığını, tələb olunan alimentin isə çox olduğunu, hazırki vəziyyətdə ikinci qrup əlil kimi 264.84 manat pensiya aldığını, bu barədə məhkəməyə müvafiq arayışda təqdim etdiyini, buna baxmayaraq uşaqları üçün hər şey etməyə çalışacağını, onların təminatını ödəmək üçün bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 manat aliment ödəyə biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatlarına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Şərur rayon Danyeri kənd İƏD üzrə nümayədəlik tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-l № 513632 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, həmin tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Rəhimova” soyadı verilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, iş üzrə tərəflər 17 avqust 2013-cü il təvəllüdlü X2 valideynləridir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, iş üzrə tərəflər 17 avqust 2013-cü il təvəllüdlü X1 valideynləridir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Şərur rayon Məşğulluq Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 04/124 nömrəli arayışında qeyd olunmuşdur ki, Şərur rayon Danyeri kənd sakini Cavabdeh Şərur rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda olmayıb və işsizlikdən sığorta ödənişi almayıb. - Naxçıvan Muxtar Respublikası Daşınmza Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 29 noyabr 2022-ci il tarixli 240 nömrəli arayışında qeyd olunmuşdur ki, Cavabdeh adına Naxçıvan uxtar Respubblikası Daşınmaz Əmlakın dövlət reyestrində yaşayış evi qeydə alınmamışdır. Lakin Cavabdeh daxil olmaqla 6 nəfərdən ibarət ailə üzvlərinə Şərur rayonu Danyeri kəndində 3462.06 kv.m həyətyanı torpaq sahəsi və 3321.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur rayon İdarəsinin 28 noyabr 2022-ci il tarixli 08/2622 nömrəli arayışında qeyd olunmuşdur ki, Şərur rayon Danyeri kənd sakini Cavabdeh şöbədə müddətsiz İİ qrup əlil kimi qeydiyyatda durur və hər ay 264.84 maat pensiya ilə təmin olunur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin Şərur rayon Danyeri kənd sakini Cavabdeh ünvanladığı 29 noyabr 2022-ci il tarixli, 1/1197-R-233 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsinin Qeydiyyat İmtahan və X6 qeydiyyatda durmur. Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2010-cu ildə nikahlarını rəsmi qaydada dövlət qeydiyyatına aldırmadan ailə həyatı qurmuş, onların bu evliliyindən 2 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, eyni zamanda cavabdehin əvvəlki nikahdan doğulmuş övladlarına da aliment ödəməsini, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 17 avqust 2013-cü il təvəllüdlü X1 və 17 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 7200 manat (2x300x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 92 (doxsan iki) manat (30+6200x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən hesablanmaqla 17 avqust 2013-cü il təvəllüdlü X1 və 17 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar