Məhkəmə qərarları › İş №2(110)-794/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-794/2023

22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-794/2023 22.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların məcburi çıxarılması tələbi barədə” mülki iş Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilindən əşyalarının (bir ədəd divan, iki ədəd kreslo, iki ədəd dəmir uşaq çarpayısı və bir ədəd tək nəfərlik əldə salınma yorğan-döşək) məcburi çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı icşasında iştitak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizəsində anası İddiaçı Cavabdeh qarşı əşyaların məcburi çıxarılması tələbi barədə iddia qaldırdığını, hal-hazırda cavabdehlə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ərizəsində Cavabdeh Nümayəndə ilə 2007-ci ildə ailə qurduqlarını, bu nikahdan onların 6 övladlarının doğulduğunu, 2022-ci ildə onların ailə münasibətlərinin pozulduğunu, onun 6 uşağı ilə qeydiyyatda olduqları H.Cavid küçəsi 5, mənzil 3 ünvanına məhkəmənin qətnaməsinə əsasən məcburi köçürülmə etdiyini, lakin orada yaşamağına icazə vermədiklərini, onun köçürülmə zamanı orada bəzi əşyalarının qaldığını, onun həmin əşyaların ( 1 divan, 2 kreslo, 2 çarpayı, 1 dəst yorğan döşək) zibilliyə tökülməsini və onun bu əşyalarla bağlı narahat edilməməyini xahiş etdiyini, onun hal-hazırda o evdən qeydiyyatda çıxdığını və onların nikahlarının pozulduğunu, onun 6 uşağa ( 3-ü əlil) baxdığını və mülklə bağlı olan məhkəmələrində iştirak edə bilməyəcəyini, bu səbəbdən onu üzürlü hesab edilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdeh məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 31649 nömrəli qəbzlə Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əşyaların məcburi çıxarılması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 31649 nömrəli qəbzlə Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar