Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-817/2025 09.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X3 İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2261/2025 saylı qətnaməsi ilə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş alimentin miqdarının azaldılması, bir uşağa görə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0,3 misli miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2261/2025 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0,62 misli miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı hələ qanuni qüvvəyə minməniş qətnamə ilə müəyyən olunmuş aliment miqdarının azaldılması tələbi ilə xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-2261/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi qəbul edilsə də, həmin qətnamə qanuni qüvvəyə minmədiyindən, mülki iş hazırda Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu da, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli qəbzlə ödədiyi 1 (bir) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-817/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-817/2025
09.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver