Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-823/2025 18.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa görə hər ay 250 manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2008-ci ilin yazında el adətinə uyğun nikah bağlayaraq ailə həyatı qurmuş, nikahları isə 06 mart 2013-cü il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş və həmin orqanın akt qeydləri kitabında 34 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan onların üç övladı – xx.xx.2009-cu il tarixdə X8, xx.xx.2013-cü il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X7 anadan olmuşdur. Sonradan müxtəlif səbəblərdən tərəflərin birgə yaşayışı mümkün olmamış və nikahları Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-110/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən övladları X6 (xx.xx.2013-cü il təvəllüdlü) və X7 (xx.xx.2021-ci il təvəllüdlü) cavabdehin yanında saxlanılmaqla, iddiaçının qazancının üçdə bir hissəsinin aliment qismində tutulub cavabdehin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Digər övladları – xx.xx.2009-cu il təvəllüdlü X4 isə iddiaçının yanında qalması müəyyən edilmişdir. İddiaçı göstərmişdir ki, hazırda oğlu Şahin Naxçıvan şəhərində yerləşən Texniki Kollecin tələbəsidir. Onun aylıq xərcləri (təhsil haqqı, kirayə, yol pulu və digər zəruri xərclər) 500 manatdan artıqdır. Ozünün əmək haqqısı 630 manat təşkil edir, bunun da üçdə bir hissəsi cavabdehə aliment qismində ödənildiyindən, oğlu Şahinin tələbatlarını ödəməkdə ciddi çətinlik çəkir. Bu səbəbdən də bir uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması zərurəti yaranmışdır. İddiaçı əlavə etmişdir ki, alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etmiş, lakin ilkin mediasiya sessiyası müsbət nəticə verməmişdir. Bununla bağlı Mediasiya Təşkilatı tərəfindən prosesin davam etdirilməməsi barədə protokol tərtib olunmuş və iddiaçıya müvafiq arayış verilmişdir. Bütün bu əsaslara görə iddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, bir uşağa görə aylıq 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, özünün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Taborunda mühafizəçi vəzifəsində işlədiyini və aylıq 760 manat əmək haqqı aldığını, lakin aldığı əmək haqqının üçdə bir hissəsinin aliment qismində tutulduğunu bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 27 fevral 2025ci il tarixli 2(110)-110/2025 saylı qətnamədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 34 saylı nikahın pozulması, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 atası İddiaçı yanında qalması, xx.xx.2013-cü il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 ataları İddiaçı alınaraq Cavabdeh verilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 mart 2013-cü il tarixli AZ-İİ seriyalı, 854194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 ata məlumat qrafasında “İddiaçı”, ana məlumat qrafasında isə “Cavabdeh” qeyd edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli MŞN/25-Q-00713 nömrəli arayışından görünür ki, iddiaçı aliment tələbi barədə X1 müraciət etmiş, lakin tərəflər arasında heç bir razılıq əldə olunmamışdır. Cavabdeh EMİS-dən əldə edilmiş gəlir məlumatlarından görünür ki, onun gəlir məlumatları ilə bağlı EMİS-də hər hansı bir məlumat yoxdur. İddiaçı EMİS-dən əldə edilmiş gəlir məlumatlarından görünür ki, onun gəlir məlumatları ilə bağlı EMİS-də hər hansı bir məlumat yoxdur. Lakin buna baxmayaraq məhkəmə iclaslarında iştirak edən iddiaçı özünün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Taborunda mühafizəçi vəzifəsində işlədiyini və aylıq 760 manat əmək haqqı aldığını etiraf etmişdir. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, tərəflərin birgə nikahlarından 3 uşaqlarının doğulması, onlar arasında mövcud olmuş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 analarının yanında qalmaları, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 isə hazırda atanın yanında qalması, ananın yanında qalan yetkinlik yaşına çatmayan 2 uşaq üçün atadan aliment tutulması, atanın yanında qalan yetkinlik yaşına çatmayan 1 uşaq üçün isə anadan aliment tutulmaması, tərəflərin hazırda ayrı yaşaması, işin mübahisəsiz hallarıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə iş materiallarını, iddiaçının izahatlarını və təqdim olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh sabit pul məbləğində aliment tutulması barədə tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından üç övlad dünyaya gəlmiş, onlardan ikisi – X6 və X7 cavabdehin yanında qalmış, digər övlad – X8 isə iddiaçının yanında saxlanılır. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının qazancının 1/3 hissəsinin cavabdehin xeyrinə aliment kimi ödənilməsi artıq müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında özünün hal-hazırda muzdlu işdə çalışdığını, aylıq 760 manat əmək haqqı aldığını təsdiq etmişdir. Onun göstərdiyi kimi, əmək haqqının 1/3 hissəsi cavabdehin yanında qalan iki övladın saxlanılması üçün yönəldilir. İddiaçının yanında qalan oğlunun təhsil xərclərinin çox olması barədə izahatı verilmişdir, lakin bu barədə faktiki təsdiqedici sübutlar (təhsil haqqı qəbzləri, kirayə müqaviləsi, nəqliyyat xərclərinə dair sənədlər və s.) iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən, cavabdehin gəlirləri barədə EMİS məlumat bazasında hər hansı göstərici aşkar edilməmiş, onun faktiki qazancı, maliyyə imkanları və ödəmə qabiliyyəti barədə işdə heç bir sübut təqdim olunmamışdır. Habelə, Ailə Məcəlləsinin 78.2 və 78.3-cü maddələrinə görə sabit pul məbləği yalnız tərəflərin maddi vəziyyəti, ailə şəraiti və uşağın əvvəlki təminat səviyyəsi nəzərə alınmaqla müəyyən edilə bilər. İş materiallarında cavabdehin gəlirləri və maddi vəziyyəti barədə məlumat olmadığından, həmçinin iddiaçının göstərdiyi əlavə xərclərin sübuta yetirilməməsi səbəbindən, yəni cavabdehin maliyyə imkanlarının iddiaçıdan daha yaxşı olması ilə bağlı halların sübuta yetirilməməsi səbəbindən məhkəmə iddiaçının xeyrinə sabit pul məbləğində alimentin müəyyən edilməsini mümkün hesab etmir. Beləliklə, iddiaçının işləməsi, müntəzəm gəlirinin olması, cavabdehin gəlirləri barədə sübutların olmaması və iddiaçının əlavə ehtiyaclarını təsdiqləyən etibarlı sənədlərin təqdim edilməməsi nəzərə alınaraq, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Həmçinin, alimentin tutulması ilə bağlı ödənilməli olan 44 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan iddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-823/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-823/2025
18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver