Məhkəmə qərarları › İş №2(110)-83/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-83/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-83/2021 28.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 925.00 (üç yüz əlli iki) manat sığorta ödənişi məbləğinin, 1055 (bir min əlli beş) manat işlərin görülməsi xərcinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2010.0 (iki min on) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinin məzmunundan görünür ki, o, iş həcminin çox olması səbəbindən keçiriləcək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddialarını müdafiə etdiklərini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə daxil olmuş iddia ərizəsini onunla əsaslandırılmışdr ki, “xxxx” ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müaviləsi bağlanmış və “Mercedes Benz 208D” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə “Mercedes Benz 208D” markalı **- UE-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Astra” markalı QQ-540-QB dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd edilən zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 925.00 (doqquz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ TŞ-dən ünvanımıza xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar daxil olmuş həmin qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Xətai RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 101-39383-1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Mercedes Benz 208D” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cavabdeh oğluna məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı təşkilatın iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, sürücü Cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd elmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrinin tələblərinə əsasən onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll edilməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Xətai DYPŞ-nin xx.xx.2019-cu il tarixli, AP ******* seriyalı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “Mercedes Benz” markalı ** UE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz idatə etdiyinə görə yol hərəkəti qaydalarını pozmuş və buna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Cavabdeh Xətai RPİ rəisinə ünvanladığı izahatda “Mercedes Benz” markalı ** UE *** dövlət qeydiyyat nişanlı mikroavtobusu etibarnaməsiz idarə etdiyini, 1-2 günə etibarnamə almaq fikrində olduğunu, həmin mikriavtobus ilə sərnişin daşıdığını, xx.xx.2019-cu il tarixdə bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində avtobus dayanacağında sərnişin düşürdüyünü, fikirli olduğu üçün sol tərəfə baxmadan geriyə dönmə əməliyyatı edən zaman sol tərəfdən üç yolu ilə gedən Opel markalı Gürcüstan qeydiyyat nişanlı avtomobilin yoluna çıxdığını, həmin avtomobilin onun mikroavtobusunun sol tərəfindən vurduğunu, o da, qarşı yola çıxaraq dayandığını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AD N 626827 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı “208D” model, ** UE *** dövlət qeydiyyat nişanlı mikroavtobus X7 məxsusdur. İş materiallarında olan X9 tərəfındən verilmiş xx.xx.2019-cu il tarixli, 818304 nömrəli etibamaməyə əsasən X2 Cavid Yaşar oğluna məxsus harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, PAA********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, X5 məxsus “Mercedes Benz” markalı “208D” model, ** UE *** dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan Gürcüstan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Astra markalı, QQ540QB dövlət qeydiyyat nəqliyyat vasitəsi Gürcüstan Respublikası vətəndaşı X1 məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, PAA********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Məmmədov Numadin tərəfindən Opel Astra markalı, QQ540QB dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışın 1.5-ci bəndində sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı qeyd edilmişdir. İş materiallarında olan Sərxoşluğun vəziyyətinin tibbi müayinəsinə dair 2xx.xx.2019-cu il tarixli, 2/8999 nömrəli aktın surətindən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən sərxoşluq vəziyyəti olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Hesablama aktı ilə müəyyən edilir ki, Məmmədov Numadinə məxsus Opel Astra markalı, QQ540QB dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərclər 925 manat təşkil edir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 19-10775/11/AA-9008/19 saylı Sığorta Aktından müəyyən edilir ki, zərərçəkən şəxs Məmmədov Numadinə məxsus Opel Astra markalı, QQ540QB dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar ona dəymiş zərərin məbləği 925 manat təşkil edir. İş materiallarında olan 016982 nömrəli,xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığının təsdiqlənmiş surətindən görünür ki, “xxxx” ASC tərəfindən Məmmədov Numadinə sığorta şəhadətnaməsi üzrə 925 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, AS- SHTD-20/252 nömrəli Geriyə tələb (subroqasiya) məktubunun təsdiqlənmiş surətindən görünür ki, “xxxx” ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 925 (doqquz yüz iyirmi beş) manat sığorta ödənişi vəsaitini 10 gün müddətində “xxxx” ASC-yə ödəmədiyi təqdirdə “xxxx” ASC tərəfindən müvafiq məhkəməyə 925 (doqquz yüz iyirmi beş) manat sığorta ödənişi məbləğinin, 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, cəmi 1425 (bir min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacaq və iddia təmin olunduğu təqdirdə bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. “xxxx” Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, X5 məxsus “Mercedes Benz” markalı “208D” model, ** UE *** dövlət qeydiyyat nişanlı mikroavtobus “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortalanmışdır. Cavabdeh etibarnamə olmadan “Mercedes Benz” markalı “208D” model, ** UE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla sərnişin daşıyarkən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində avtobus dayanacağında sərnişin düşürdükdən sonra sol tərəfə baxmadan geriyə dönmə əməliyyatı edən zaman sol tərəfdən öz yolu ilə gedən Gürcüstan vətəndaşı X1 məxsus Opel Astra markalı, QQ540QB dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, həmin avtomobil mikroavtobusun sol tərəfindən vurmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində Xətai DYPŞ-nin əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixdə, AP ******* seriyalı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışın 1.5-ci bəndində sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli Hesablama aktı ilə müəyyən edilir ki, X1 məxsus Opel Astra markalı, QQ540QB dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərclər 925 manat müəyyən edilmiş və həmin məbləğ xx.xx.2019-cu il tarixli, 19-10775/11/AA-9008/19 saylı Sığorta Aktına əsasən “xxxx” ASC tərəfindən “Məmmədov Numadinin hesabına köçürülmüşdür. Buna görədə məhkəmə bu qənaətə gəlir ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında keçir; - 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə hesab edir ki, sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh subroqasiya qaydasında 925 (doqquz yüz iyirmi beş) manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı işlərin görülməsi xərcinin tutulması tələbinə dair hissədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehdən 1055 (bir min əlli beş) manat işlərin görülməsi xərcinin tutulmasını tələb etsə də, bununla bağlı iş materiallarına hər hansı bir sübut təqdim etmədiyindən, məhkəmə bu qənaətinə gəlir ki, iddia tələbinin həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16.0 manatı iddiaçıya aid edilməli, 14.0 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi məbləği olaraq 925 (doqquz yüz iyirmi beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14 (on dörd) manatı olmaqla, cəmi 939 (doqquz yüz otuz doqquz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar