Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-83/2022 10.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yetkinlik yaşına çatmayan 04.06.2016-cı il tarixdə doğulmuş X5 və 15.06.2018-ci tarixdə doğulmuş X1 üçün alimentin hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdeh ilə 09.06.2017-ci il tarixdə nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan 04.06.2016-cı il tarixdə X5 və 15.06.2018-ci tarixdə X3 anadan olduğunu, nikaha daxil olandan Göygöl şəəhərində yaşadıqlarını, əvvəllər yaxşı olan münasibətlərinin son zamanlar pisləşməyə başladığını, buna səbəbin Fərəcullanın başqa qadınlarla olan münasibəti olduğunu, evə gec saatlarda gəldiyini, ailəsi ilə maraqlanmadığını, aralarında olan mübahisələrdən sonra onun 4 ay bundan öncə atası evinə gəldiyinə, həmin vaxtdan da Fərəcullanın uşaqları ilə maraqlanmadığını, onların saxlanmasında ona köməklik etmədiyini, laqeydlik göstərdiyini, heç bir yerdə işləmədiyi üçün uşaqları saxlamaqda çətinlik çəkdiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq cavabdeh və ailəsinin onu yola vermədiklərini, sonunda məcbur qalıb atası evinə qayıtdığını, 6 ay olar ki atasıgilin evində yaşadığını, cavabdehin ona uşaqların saxlanmasında heç bir köməklik etmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.06.2017-ci il tarixli AZ-İl № 191803 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 09.06.2017-ci il tarixdə 117 № ilə nikaha daxil olublar. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.06.2021ci il tarixli AZ-İV № 628169 seriyalı və 18.07.2018-ci il tarixli AZ-lll № 963283 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 04.06.2016-cı il tarixdə doğulmuş X4 və 15.06.2018-ci tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Dərəkənd kənd İƏDN tərəfindən verilmiş 08.12.2021-ci il tarixli 397/12 nömrəli arayışdan görünür ki, X5 və X2 rayon Dərəkənd kəndində anası İddiaçı ilə birlikdə yaşayırlar. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 09.06.2017-ci il tarixdə nikaha daxil olmuşdurlar. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən yetkinlik yaşına çatmayan uşaqlar anası ilə birlikdə yaşayır. İddiaçı uşaqların saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, cavabdehin qazancının qeyri-müəyyən olmasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 04.06.2016-cı il tarixdə doğulmuş X5 və 15.06.2018-ci tarixdə doğulmuş X1 üçün hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 13.12.2021-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı Cavabdeh 04.06.2016cı il tarixdə doğulmuş X5 və 15.06.2018-ci tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat miqdarında aliment tutularaq anası Şərur rayon Dərəkənd kəndində yaşayan İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 51,20 manat (əlli bir manat iyirmi qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 04.06.2016-cı il tarixdə doğulmuş X5 və 15.06.2018-ci tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Dərəkənd kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması 13.12.2021-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 51,20 manat (əlli bir manat iyirmi qəpik) məbləğində pul vəsaiti dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-83/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-83/2022
10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver