Məhkəmə qərarları › İş №2(110)-833/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-833/2021

04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-833/2021 04.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Tələbkar Borclu aliment tələbinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onların birgə nikahından 30 avqust 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan onun xeyrinə aliment tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədən görünür ki, tərəflər boşanaraq faktiki olaraq ayrı yaşayırlar. Uşağın atası ayda 120 manat aliment ödəyir və uşağın digər tələbatlarını ödəməkdə laqeyidlik göstərir, tələbkar isə uşağı ilə birlikdə yaşayır və onun saxlanmasında maddi çətinlik çəkir. Şərur rayon Zeyvə kənd İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Tələbkar Şərur rayon Zeyvə kəndində qeydiyyatdadır. Şərur rayon Düdəngə kənd İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Borclu Şərur rayon Düdəngə kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum şəhadətnaməsinin surətindən görünür ki, tərəflər 30.08.2016-cı il tarixdə doğulmuş X1 valideyinləridir. Ərizəyə əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəfklər arasında bağalnmış nikah pozulmuş və bir uşağın saxlanması üçün 120 manat aliment müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş və 21.01.2020-ci il tarixdə 07 № ilə qeydə alınmışdır. Məhkəmənin əsaslandırması Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə görə tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və onlar uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu Borclu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: 30.08.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment 29.10.2021-ci il tarixdən hesablanaraq Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran Tələbkar ödənilsin. Məhkəmə əmrinin veriməsi üçün müəyyən edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar