Məhkəmə qərarları › İş №2(110)-844/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-844/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-844/2022 15.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh azyaşlı oğulları X1 üçün 1500 manat sabit pul məbləğindəki vəsaitin alınıb İddiaçı ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinin tələbinə əsasən iddianın yolverilməzliyə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(110)- 428/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın yanında qalmasının müəyyən olunması” tələbinə dair iddiası təmin olunmuş və həmin qətnamə ilə Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır...; - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir; -153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa maneə olur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülk-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər ruraraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar