Məhkəmə qərarları › İş №2(110)-928/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-928/2025

11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-928/2025 11.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və onun yaxın qohumu olan nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 246 manat olmaqla, iki uşağa görə hər ay 492 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İsmayılova (İbrahimova) Naidə Bemal qızı ilə xx.xx.2013-cü il tarixdə nikah bağlamış və bu nikah Şərur Rayon Qeydiyyat Şöbəsinin nikah haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahından iki övladları – xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bu nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-210/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən, uşaqların hər ikisinin onun yanında saxlanılması qət edilmişdir. Hazırda Ayxan 11, Rüqayyə isə 10 yaşındadır. Uşaqların yaşlarının artması ilə onların gündəlik zəruri tələbatları da artmışdır. Cavabdeh İsmayılova (İbrahimova) Naidə Bemal qızı nikahın pozulmasından sonra uşaqlarla maraqlanmamış, onların saxlanılmasına və gündəlik ehtiyaclarının ödənilməsinə maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaqların bütün qayğısı, maddi təminatı və gündəlik ehtiyaclarının qarşılanması yalnız onun üzərinə düşür. İİ qrup əlil olmaqla, həm öz səhhətinə görə məhdudiyyətlərlə üzləşir, həm də iki azyaşlı uşağın bütün ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən cavabdeh İsmayılova (İbrahimova) Naidə Bemal qızından birgə nikahdan doğulmuş uşaqlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün ayda 246 manat olmaqla, cəmi 492 manat məbləğində sabit pul şəklində alimentin ödənilməsini tələb edir. İddiaçı, aliment tələbinə dair mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair müvafiq arayış təqdim edilmişdir. Beləliklə, məhkəməyə iddia ilə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı alimetin təyin edilməsi tələbinə dair iddia qaldırdığını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 11 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı və onun yaxın qohumu (anası) olan nümayəndəsi X6 məhkəməyə verdikləri izahatlarında özlərinin Cavabdeh qarşı hər hansı bir aliment tələblərinin olmadığını, onların problemlərinin ailələrinə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı olduğunu bildirmişlər. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim edərək, Cavabdeh qarşı alimetin təyin edilməsi tələbinə dair məhkəmədə qaldırdığı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar