Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-136/2023 19.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tutularaq 04 avqust 2020-ci il təvəllüdlü X1 və 12 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci ildə rəsmi olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2020-ci ildə təvəllüdlü X6 və xx.xx.2022-ci il təvvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə bir ailədə yaşaya bilmədikləri üçün bir neçə aydır ki, ayrı yaşayırlar. O, hazırda atasının evində yaşayır. Ayrı yaşadıqları müddət ərzində Cəmşid uşaqlarla maraqlanmır, onların saxlanılmasında maddi cəhətdən köməklik etmir. Uşaqlar azyaşlı olduğuna görə heç bir yerdə işləyə bilmir və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də məcbur qalib cavabdehdən aliment tələb edir. Cəmşid N saylı hərbi hissədə MAHXHQE vəzifəsində işləyir. Ona görə alimentin onun aylıq qazancından müəyyən hissə kimi tutulmasını istəyir. Cavabdehlə mediasiya prosesində də razılıq əldə etməmişlər. Məhkəmədə izahat verən iş üzrə İddiaçı iddiasını müdafiə etdiyini, Cəmşidin 5 aydır ki, uşaqları ilə maraqlanmadığını, onların saxlanması üçün heç bir maddi köməklik etmədiyini, özünün heç bir yerdə işləmədiyini, uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkdiyini bildirib 04 avqust 2020-ci il təvəllüdlü X1 və 12 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə izahat verən iş üzrə Cavabdeh İddiaçı ilə 2017-ci ildə evləndiklərini, bu nikahdan iki uşaqlarının olduğunu, uşaqları hazırda Elçinazın saxladığını, uşağı saxlamaq üçün aliment ödəməyə borclu olduğunu bildiyini, uşaqları görməyə getdiyini, lakin iddiaçı tərəfdən maneçilik törədildiyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsinin 27 mart 2023cü il tarixli AZ-İ 944516 nömrəli nikah akt qeydindən çıxarışına əsasən Cavabdeh ilə X4 24 avqust 2017-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Əsədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 461888 nömrəli və AZ-İV 785978 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 04 avqust 2020-ci il təvəllüdlü X6 və 12 noyabr 2022-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İş üzrə məhkəmə tərəfindən Cavabdeh aylıq əmək haqqı və gəlirləri barədə X5 Orduya göndərilmiş sorğuya 06 may 2023-cü il tarixli 2157 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh N saylı hərbi hissədə xidmət edir və aylıq pul təminatı 943 manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 07 aprel 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh 04 avqust 2020-ci il təvəllüdlü X1 və 12 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2017-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 04 avqust 2020-ci il təvəllüdlü X6 və 12 noyabr 2022-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaqlar da İddiaçı himayəsində yaşayırlar və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən 2 uşağa görə hər ay valideynin qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (943:3=314,33 x12=3772 manat) təmin edilmiş hissəsinə münasib olan 57,72 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 07 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 avqust 2020-ci il təvəllüdlü X1 və 12 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 57,72 (əlli yeddi manat, yetmiş iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-136/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-136/2023
19.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver