Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-143/2022 09.08.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 18 noyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment və uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 100 manat vəsait tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, onların bu nikahından - xx.xx.2018-ci il tarixdə X8 adında uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün ayrı yaşayır və uşaq da onun himayəsində yaşayır. Uşağı saxlamaqda çətinlik çəkir. Novruz isə bir ata kimi uşağın saxlanılmasında heç bir maddi köməklik etmir. Ona görə də cavabdehdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh həmçinin məhkəməyə qədər mediasiya prosesində də iştirak etməmiş və uşağın saxlanması üçün razılıq əldə olunmamışdır. Həmçinin uşaqları ürək qüsurludur. Daimi müalicəyə ehtiyacı var. Novruz isə bir ata kimi onun müalicəsi ilə maraqlanmır. Uşağın müalicəsində xeyli miqdarda çətinlik çəkir. Ona görə də cavabdehin uşağın müalicəsi üçün alimentdən başqa xərclərə də cəlb olunmasını istəyir. Cavabdeh Hacızadə X5 X4 işləyir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, cavabdehlə 2017-ci ildə evləndiklərini, birgə nikahdan 2018-ci ilin 18 noyabrında Hacızadə Ruqayyə adlı bir qız övladlarının dünyaya gəldiyini, cavabdehin heç bir şəkildə ailəsinə sahib çıxmadığını, hətta uşaqlarının ürəyində qüsur olmasına baxmayaraq cavabdehin onu cəmi bircə dəfə həkimə apardığını, uşağın xəstəliyinə laqeyd yanaşdığını, 3 aydır ki, ayrı yaşadıqlarını və bu müddət ərzində cavabdehin uşağı ilə bir dəfə də olsun maraqlanmadığını bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə dindirilən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə izahatında vəkili və nümayəndəsi olduğu cavabdehin iddiaçı ilə 2017-ci ildə ailə həyatı qurduğunu və birgə nikahlarından bir qızı övladları dünyaya gəldiyini, cavabdehin Naxçıvan X4 işlədiyini və 847 manat əmək haqqı aldığını, aliment tələbini qismən qəbul etdiyini, uşağı saxlamağın onun borcu olduğunu, lakin iddianın müalicə hissəsi ilə bağlı tələbi qəbul etmədiyini, çünki cavabdehin sərhəd qoşunlarında işlədiyini və uşağını bir dəfə sərhəd qoşunlarının hospitalına apardıqlarını, özünün və ailə üzvlərinin orada müalicənin demək olar ki, pulsuz olduğunu, hospitalda Mahir həkim adlı şəxsin uşağı 10 yaşına qədər gözləyin dediyini, əgər ürəyində qüsur düzəlməsə həkimə aparmağı məsləhət gördüyünü, çünki uşaq balaca olduğundan ona rentgen şüaları zərərli olduğunu, əgər ehtiyac olarsa, uşağını hər bir şəkildə müalicə etdirəcəyini qeyd edib iddianı qismən qəbul etdiklərini və qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 avqust 2017-ci il tarixli, AZ-İ 883365 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X10 arasında 14 avqust 2017-ci il tarixdə Babək Rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Hacızadə” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 166305 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 18 noyabr 2018-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş X6 X16 Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli müayinə aktından görünür ki, X8 həmin tarixdə “rəngli exodopplerkardioqrafik” müayinədən keçirilmiş və mədəcikarsi çəpər perimembranoz seqmentdə patoloji keçid izlənməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Elekrton Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iş üzrə iddiaçı Hacızadə X9 rayon Xıncab Ərazi Dairəsi, Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Elekrton Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iş üzrə Cavabdeh Babək rayon Güznüt Ərazi Dairəsi, Güznüt kəndində qeydiyyatdadır. İş üzrə məhkəmə tərəfindən Cavabdeh aylıq əmək haqqı və gəlirləri barədə “Naxçıvan” X7 göndərilmiş sorğuya 08.08.22-ci il tarixli, 10/805 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh “Naxçıvan” X4 xidmət edir və aylıq pul təminatı 847 (səkkiz yüz qırx yeddi) manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 10 iyun 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 18 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2017-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 18 noyabr 2018-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuş, haliyyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi cavabdehdən alimentin tutulması hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən 1 uşağa görə hər ay valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə biri miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının cavabdehdən uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 100 manat vəsaitin tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X6 X16 Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli müayinə aktı mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin müayinə aktı xx.xx.2019-cu il tarixə aiddir və həmin tarixdən bu günədək iddiaçı tərəfindən həmin müayinə əsasında daimi müalicəyə ehtiyacının olması, davamlı müalicə aparılması və müalicə xərclərinin şəxsən özü tərəfindən çəkilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının cavabdehdən uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 100 manat vəsaitin tutulması tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddianın uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 100 manat vəsaitin cavabdehdən tutulması tələbi ilə bağlı hissədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddianın uşağın müalicəsi üçün hər ay cavabdehdən sabit pul məbləğində 100 manat vəsaitin tutulması tələbinə aid hissədə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən və öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (847:4=211.75 x12=2541 manat) təmin edilmiş hissəsinə münasib olan 45.41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 10 iyun 2022-ci il tarixdən hesablanmaqla 18 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 45.41 (qırx beş manat, qırx bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-143/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-143/2022
09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver