Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-152/2025 23.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı övladları-xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əməkhaqqının 0.62 misli miqdarında müəyyən olunmuş alimentin azaldılması, azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 110 manat olmaqla iki uşağa görə hər ay 220 manat miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdr ki, Kəngərli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(111)-7/2025 saylı qərardadı ilə Kəngərli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(111)-59/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment 2019cu ildə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqına indeksasiya olunaraq xx.xx.2025-ci il tarixdən hesablanmaqla müəyyən edilmiş aliment müəyyən olunmuş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.62 misli miqdarında müəyyən edilmişdir. O, Kəngərli rayon Məhkəməsinin Qərardadından narazı qalaraq Apellyasiya şikayəti vermiş, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(108)-6/2025 saylı Qərardadı ilə Apellyasiya şikayəti təmin edilmədən Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(111)- 7/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bildirir ki, o, İİ qrup əlildir, heç bir yerdə işləmir, əlillik pensiyasından başqa gəliri yoxdur, məhkəmə qərardadı ilə sonrakı artımlar nəzərə alınmaqla alimentin minimum əməkhaqqının 0.62 misli miqdarında, yəni bir uşağa görə 400x0.62=248 manat olmaqla iki uşağa görə hər ay 496 manat miqdarında aliment ödəməlidir ki, bu da onun maddi cəhətdən sıxıntıya salar və bu məbləği ödəmək onun imkanı xaricindədir. Bildirir ki, o, ikinci dəfə ailə qurmuş və ikinci ailəsindən də bir azyaşlı övladı vardır, nə özü, nə də həyat yoldaşı X16 heç bir yerdə işləmir, ailəsinin onun əlillik pensiyasından başqa heç bir yerdən əlavə gəliri yoxdur. onların da təminatını qarşılamalıdır. Ona görə də alimentin miqdarının azaldılmasını, hər ay bir uşağa görə 110 manat olmaqla iki uşağa görə 220 manat miqdarında alimentin cavabdeh X2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin miqdarının azaldılması tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh Rəhimə Seyidova ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞN/24-H-00326 saylı arayış verildi. Bu səbəbdən də cavabdeh Rəhimə Seyidovaya qarşı alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı iddiasını müdafiə edərək, məhkəmənin qərardadı ilə ödədiyi aliment miqdarının indeksasiya olunduğunu, halhazırda iki uşağın saxlanılması üçün cavabdehə hər ay 496 manat ödədiyini, özünün də xəstə və 2-ci qrup əlil olduğunu, daha bir azyaşlı uşağının olduğunu, heç yerdə işləmədiyini, yalnız pensiya aldığını, təyin olunmuş aliment məbləğini ödəməyə gücünün çatmadığını, cəmi təyin olunmuş aliment məbləğinin azaldılaraq 220 manat məbləğində müəyyən edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, əgər iddiaçı razılaşarsa hər uşağın saxlanılması üçün aylıq 150 manat məbləğində aliment ödənilməsinə razı olduğunu göstərərək iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 8(111)-7/2025 nömrəli qərardadından görünür ki, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(111)-59/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat aliment tutularaq 23 may 2011-ci il tarixdə doğulmuş X6 və 05 iyun 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 8(111)-7/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qərardadına əsasən Kəngərli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(111)-59/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli 661991 və 875885 nömrəli doğum akt qeydindən çıxarışlara əsasən iş üzrə tərəflərin 23 may 2011-ci il təvəllüdlü X14 və 05 iyun 2013-cü il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, İddiaçı ikinci qrup əlil kimi qeydiyyatda durur, uyğun işlərdə işləyə bilər. İş materiallarına əlavə olunmuş AZ-İ 945353 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı 12 oktyabr 2018-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra X7 “Hüseynova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 168432 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən ilə İddiaçı ilə X9 birgə nikahından 11 avqust 2019-cu il tarixdə X15 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Vətəndaş Qəbulu şöbəsinin 15 yanvar 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Vətəndaş Qəbulu şöbəsindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 220.00 AZN məbləğində sosial müavinət təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X11 X22 Rayon Sektorunun 25 fevral 2025-ci il arayışına əsasən X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən 24 fevral 2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X11 X22 Rayon Sektorunun 25 fevral 2025-ci il arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən 19 dekabr 2023-cü il tarixdən iş axtaran (torpaq payı olan) kimi qeydiyyatdadır. Hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarına və tədqiq olunmuş sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı tutulmalı olan aliment məbləği bir uşaq üçün 148 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (148:400=0,37) 0,37 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, iş üzrə iddiaçı və cavabdeh arasındakı nikah pozulmuş, onların birgə nikahlarından olan bir yetkinlik yaşına çatmayan uşaqlar ananın yanında qalmaqla, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(111)-59/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat aliment tutularaq 23 may 2011-ci il tarixdə doğulmuş X6 və 05 iyun 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X4 ödənilməsi qət olunmuşdur. Kəngərli Rayon Məhkəməsinin 8(111)-7/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən Kəngərli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(111)-59/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 400 manat müəyyən edildiyini nəzərə alsaq 0.62 misli bir uşaq üçün 248 manat təşkil edir. Aliment ödəyən şəxs, yəni hazırki iş üzrə İddiaçı isə aliment məbləğinin azaldılaraq bir uşaq üçün 110 manat, cəmi 220 manat müəyyən edilməsini xahiş edir. Tələbinin əsası kimi də heç bir yerdə işləmədiyini, ikinci qrup əlil olduğunu, 220 manat pensiya aldığını, yenidən ailə qurduğunu və həmin nikahdan da bir uşağının olduğunu göstərmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ikinci qrup əlil olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışına əsasən uyğun işlərdə işləyə bilər. Həmçinin iş üzrə iddiaçının məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması da alimentin məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasına əsas kimi qəbul edilməməlidir. Belə ki, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyənləşdirildiyi halda İddiaçı müəyyənləşdirilməsini tələb etdiyi bir uşaq üçün 110 manat aliment yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəuyğun deyil. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması, onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, aliment məbləğinin azaldılaraq bir uşaq üçün 110 manat müəyyən edilməsi, uşaqların üstün mənafeləri və uşaq yanında saxlanılan iş üzrə cavabdehin mənafeyi baxımından məqsədəuyğun deyil və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin aşağıdakı qanunvericilik normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarını da əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” müvafiq Sərəncamlarına əsasən 2025-ci ildə minimum əmək haqqı 400 manat müəyyən olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda göstərilən müddəaların tələbini və yetkinlik yaşına çatmayan uşaqların iş üzrə cavabdehin yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat müəyyən olunmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu, iddiaçının işləməməsini, onun 2-ci qrup əlil olmasını, uyğun işlərdə işləyə bilməsini, hazırda digər nikahından bir azyaşlı uşağının da olmasını və onun ödəmə qabiliyyətini nəzərə alaraq iddiaçıdan hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(111)-59/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş və Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(111)-7/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, İddiaçı Cavabdeh xeyrinə ödənilən aliment miqdarı azaldılaraq bir uşaq üçün müəyyən olunmuş 148 manat aliment sonrakı artımlar nəzərə alınmaqla 2025-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun (148:400=0,37) müəyyən edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə, məhkəmə xərclərini müzakirə edərək, belə nəticəyə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual- Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi:
İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(111)-59/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş və Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(111)-7/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, İddiaçı Cavabdeh xeyrinə ödənilən aliment miqdarı azaldılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zülfüqar Əhmədov