Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-165/2020 16.11.2020 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər uşaq üçün aylıq 200, cəmi 600 manat aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdeh onunla bağlanmış xx xxxxxx 2009-cu il tarixli nikah aktının pozulması və azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 atanın yanında qalması barədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsinin təsviri hissəsində onun digər şəxslərlə telefon əlaqəsi saxlamaqda və şəkillərini bir-birinə göndərməkdə, dolayısı ilə onu əxlaqsızlıqda, uşaqlara işgəncə verməkdə, psixi probleminin olmasında təqsirli bilərək nikahın pozulmasını tələb etmək və bunu xəcalət çəkmədən məhkəmədə mübahisələndirmək təkcə Azərbaycan kişisinə deyil, ölkənin təhlükəsizliyinə cavabdeh olan şərəfli bir orqanda işləyən şəxsə yaraşan hal deyil. Alın təri və qabarlı əllərlə ruzi qazanmış, övlad tərbiyə etmiş bir ailədə böyümüş və 3 övladını da belə ruhda böyüdür və tərbiyə edir. Bu kimi sərsəm, sadəlöhv, savadsız iradlar onun ana adına xələl gətirə bilməz. İki aydan çoxdur ki, 3 övladı ilə ata evinə sığınmışlar. İş yeri olmadığından uşaqları dolandıra bilmir. Bu müddət ərzində cavabdeh uşaqlara aliment yox, yardım adı ilə cəmi 2 ay üçün 200, cəmi 400 manat göndərmişdir ki, bu da onların cüzi tələbatını ödəyir. Bu barədə Ramilə dəfələrlə müraciət etsə də, o bildirir ki, hərbi sistemdə işləyib yüksək əməkhaqqı və mükafat alsa da, kiməsə aliment vermək borcunda deyil. Bu yanaşma uşaqların təkcə maddimənəvi durumuna mənfi təsir göstərməklə qalmayıb, eyni zamanda məhkəmədə mübahisələndirilməsini zəruri edir. Ona görə də Cavabdeh hər uşaq üçün aylıq 200, cəmi 600 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlə birgə nikahlarından olan yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh işlədiyi dövrdə hər ay aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında, işləmədiyi təqdirdə isə sabit pul məbləğində bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla üç uşaq üçün 510 (beş yüz on) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuş və işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş üzrə iddiaçının vəkili X12 iddiaya dəqiqləşdirilmiş formada baxılaraq təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh izahatında iddianı qəbul etmədiyini, Vəfa ilə birgə nikahlarından olan uşaqların hazırda Vəfa tərəfindən saxlandığını, özünün hərbi hissədə işlədiyini, ayrı yaşadıqları müddət ərzində Vəfaya hər ay pul ödədiyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehin vəkili X4 məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli AZ –İİ 420021 nömrəli nikah akt qeydindən çıxarışa əsasən Cavabdeh ilə X15 arasında xx xxxxxx 2009-cu il tarixdə Kəngərli Rayon Qarabağlar kənd İcra Nümayəndəliyində nikah bağlamış, nikah həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qənbərova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli doğum akt qeydindən çıxarışlara əsasən iş üzrə tərəflərin xx xxxxxx 2011ci il tarixdə X13, xx xxxxx 2012-ci il tarixdə X14 və xx xxxx 2014-cü il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş X3 aparat rəhbəri tərəfindən verilmiş arayışa əsasən Cavabdeh vergilərdən xaric əmək haqqı 1375 manat təşkil edir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla işlədiyi, müntəzəm qazancının olduğu təqdirdə hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında, işləmədiyi, müntəzəm qazancının olmadığı təqdirdə isə hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat aliment tutularaq xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X8, xx xxxxx 2012-ci il tarixdə doğulmuş X9 və xx xxxx 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehdən onun işləmədiyi, müntəzəm qazancının olmadığı təqdirdə hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat aliment tutulması tələbini qismən təmin edərkən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, həm atanın, həm də ananın uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan üç uşağın saxlanması üçün 360 manat aliment məqsədəuyğundur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə hər ay valideynin qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x360=4320 manat) təmin edilmiş hissəsinə münasib olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət olunduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla işlədiyi, müntəzəm qazancının olduğu təqdirdə hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında, işləmədiyi, müntəzəm qazancının olmadığı təqdirdə hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi 360 manat aliment tutularaq xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X8, xx xxxxx 2012-ci il tarixdə doğulmuş X9 və xx xxxx 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(111)-165/2020
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-165/2020
16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver