Məhkəmə qərarları › İş №2(111)-184/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-184/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-184/2022 06.09.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə, onun vəkili Vəkil və iş üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndə vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X4, 12 oktyabr 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqlarını məhkəmədə müdafiə etdiyi İddiaçı dediklərinə əsasən, İddiaçı ilə cavabdeh X11 2009-cu il tarixində nikahlarını rəsmiləşdirmişlər, birgə nikahdan iki övladları 12 oktyabr 2010-cu il təvəllüdlü X14 və 22 iyun 2013-cü il təvəllüdlü X15 dünyaya gəlmişdir. Cavabdeh X3 rayon Məhkəməsində nikahın pozulması tələbi barədə iddia qaldırmış, Kəngərli Rayon Məhkəməsinin 2(111)118/2017 nömrəli qərarı əsasında nikahları məhkəmə qaydasında pozulmuş, azyaşlı 22 iyun 2013-cü il təvəllüdlü X15 cavabdeh X6 yanında saxlanılmış və 28 sentyabr 2017-ci il tarixdən İddiaçı hər ay bir uşağın saxlanılması üçün 100 manat aliment müəyyən edilmişdir. Ramul alimenti ödəməkdə çətinlik çəkir, uşağın biri cavabdehdə, biri isə Ramulun yanında qalır. Ramul Türkiyə Respublikasında günə muzd fəhlə işləyir, hazırda maddi imkanı çox pis olduğunu qeyd edir. İddiaçı dediklərinə əsasən yanında qalan övladına baxmaqda çətinlik çəkir, Ramula və övladı Kazıma valideyinləri tərəfindən baxıldığını bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən hər bir valideyin uşağı saxlamaq həm vəzifəsi, həm də borcudur. Qanunvericiliyin mənasına görə cavabdeh Sevinc həmin vəzifənin birini də yerinə yetirmir. Cavabdeh Sevinc nikahları pozulmadan Ramulun bibisi oğlu ilə qaçmış, sonradan Sevinc Kəngərli rayon məhkəməsində nikahın pozulması tələbi barədə iddia qaldırmışdır. Sevinc ailə qurub yaşayır, maddi imkanı yaxşıdır. 12 oktyabr 2010-cu il təvəllüdlü X1 köməklik göstərməklə aliment ödəyə bilər. Mülki işin icraatı zamanı iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh X7 qarşı aliment tələbi barədə iddia qaldırdığını, cavabdehin soyadının səhvlik olaraq “Məmmədova” yox, “Babayeva” qeyd edildiyi göstərərək aşağıdakı formada Cavabdeh, 12 oktyabr 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə sonuncu dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. Mülki işin icraatı zamanı Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq aliment tələb etmişdir. İddia ərizəsinə etiraz edir. Cünki, İddiaçıla onların arasındakı nikah pozularkən Kəngərli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aliment məsələsi həll olmuşdur. Belə ki, Kəngərli Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları - 22 iyun 2013-cü il tarixdə doğulmuş X2 üçün İddiaçı Kazim oğlundan hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi məhkəmə aliment qət edərkən o, aztəminatlı olduğuna görə İddiaçı aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamə çıxarılarkən və hazırda da o, heç bir yerdə işləmir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddia ərizəsi əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil iştirakı ilə mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə dindirilən iddiaçının nümayəndəsi Nümayəndə izahatında nümayəndəsi olduğu İddiaçı hüquqlarını müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiqlədiyini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə dindirilən iddiaçının vəkili Vəkil izahatında vəkili olduğu İddiaçı cavabdehlə 2017-ci ildə nikahlarının pozulduğunu və məhkəmə qərarı ilə birgə nikahdan olan uşaqlardan biri - yəni 12 oktyabr 2010-cu il təvəllüdlü X14 atasına, 22 iyun 2013-cü il təvəllüdlü X15 isə anasına verildiyini, hazırda həmin qərara əsasən İddiaçı cavabdehə 100 manat aliment ödədiyini, X14 isə atasının yanında qaldığını, lakin cavabdehin uşağın saxlanmasında maddi cəhətdən iştirak etmədiyini, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqlarını saxlamağa borclu olduqlarını, hazırda Ramulun maddi vəziyyətinin yaxşı olmadığını, atasının pensiyası ilə cavabdehin yanında qalan uşağına aliment ödədiyini, cavabdeh Sevincin başqa şəxslə ailə həyatı qurduğunu və maddi vəziyyətinin iddiaçıdan yaxşı olduğunu bildirərək Cavabdeh bir uşağın saxlanması üçün 193 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, əgər “iddiaçı Ramul bir kişi olaraq uşağını saxlamaqda çətinlik çəkirsə, işləməyən qadın olaraq necə aliment ödəyəcəyini” qeyd etdiyini, hazırkı həyat yoldaşının taksi sürücüsü işlədiyini, onunla nikahından da bir uşağının olduğunu və maddi imkanlarının o qədər də yaxşı olmadığını, bu məbləği ödəməyə gücünün çatmadığını, əgər uşağı saxlaya bilmirsə, uşağın qaytarılıb verilməsini, iddiaya etiraz ərizəsini təsdiqlədiyini bildirərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(111)-118/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq 22 iyun 2013-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 506783 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 12 oktyabr 2010-cu il tarixdə X14 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-in 09 iyun 2022-ci il tarixli, 962 nömrəli arayışından görünür ki, iş üzrə iddiaçı Məmmədov X13 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-in 09 iyun 2022-ci il tarixli, 963 nömrəli arayışından görünür ki, iş üzrə cavabdeh Babayeva (Məmmədova) X10 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş JQ 348129 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx xxxx 1979-cu ildə anadan olmuş İddiaçı anası Nümayəndədır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh aliment tələbi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə tərəflər 2009-cu ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 12 oktyabr 2010-cu il təvəllüdlü X14 və 22 iyun 2013-cü il təvəllüdlü X15 doğulmuş, tərəflər arasında olan nikah Kəngərli Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(111)- 118/2017 nömrəli qətnaməsinə əsasən pozulmuş, həmin qətnamədə məhkəmə tərəflər bağladıqları sazişlə yetkinlik yaşına çatmayan uşaqları - 12 oktyabr 2010-cu ildə doğulmuş X14 atasının - iş üzrə cavabdeh İddiaçı yanında, 22 iyun 2013-cü ildə doğulmuş X15 isə anasının - iş üzrə iddiaçı Cavabdeh yanında qalmasının müəyyənləşdirdiklərinə dair məhkəməyə saziş təqdim etdiklərinə görə və məhkəmə tərəfindən bu sazişin uşaqların və ya tərəflərdən birinin marağını pozduğu müəyyən edilmədiyinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması məsələsinə toxunulmamış və uşağın təminatının mümkün qədər maksimal saxlanması məqsədilə hər ay Cavabdeh yanında qalmış 22 iyun 2013-cü ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı aliment tutularaq Cavabdeh ödənilməsi məqsədəmüvafiq hesab edilmiş və İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq 22 iyun 2013-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. Haliyyədə tərəflər ayrı yaşamaqla uşaqlar da tərəflərin hər bininin yanında qalır və iş üzrə hazırkı iddiaçı aliment öhdəliyini yerinə yetirir, öz yanında qalan uşağı - 12 oktyabr 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmasında Türkiyə Respublikasında günə muzd fəhlə işlədiyinə, hazırda maddi imkanı çox pis olduğuna, övladına baxmaqda çətinlik çəkdiyinə, övladı Kazıma valideyinləri tərəfindən baxıldığına, cavabdehin yeni ailə qurub yaşamasına və maddi imkanının yaxşı olmasına əsaslanaraq cavabdehdən aliment tutulmasını tələb edir. Lakin iddiaçı əsaslandığı və istinad etdiyi halllara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat vəsaitin tutulması tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay sabit pul məbləğində 193 manat vəsaitin tutulması tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, mövcud qətnamə qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bununla bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının uşağın saxlanması üçün hər ay cavabdehdən sabit pul məbləğində 193 manat vəsaitin tutulması tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən və öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar