Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-208/2022 05.10.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay aylıq qazancının dörddə biri miqdarında aliment tutularaq 29 avqust 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə rəsmi olaraq evlənmiş, 29 avqust 2009-cu il tarixdə X9 adında bir uşaqları doğulmuşdur. Nikahları Kəngərli Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə Cavabdeh aylıq qazancının dörddə bir hissəsi aliment kimi tutularaq ona ödənilməsi qət olunmuşdur. 2017-ci ildə Namiq uşaqla bağlı problem yaratdığına görə alimentdən imtina etmiş və uşağı özü saxlamağa başlamışdır. Kəngərli Rayon İcra və Probasiya bölməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə aliment tutulmasına xitam verilmişdir. Lakin həmin vaxtdan Namiq uşağın saxlanması ilə maraqlanmır və iştirak etmir. Özü də son vaxtlar uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də məcbur qalıb Namiqdən yenidən aliment tələb edir. Namiq Naxçıvan X1 işləyir. Ona görə alimentin onun aylıq qazancından müəyyən hissə kimi tutulmasını istəyir. İş üzrə iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra şəxsiyyət vəsiqəsini dəyişdirərək “Belli” soyadını götürdüyünə görə işə baxılarkən soyadının “Belli” kimi qəbul edilməsini xahiş etmişdir. Mülki işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. İş üzrə iddiaçı 27 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək 28 sentyabr 2022-ci il tarixdə Türkiyəyə gedəcəyi üçün 05 oktyabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə məhkəmə iddiaçının iştirakı olmadan işə baxmışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat vermədiyinə görə məhkəmə Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. 20 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, cavabdehlə 2008-ci ildə evləndiklərini, birgə nikahdan 29 avqust 2009-cu il tarixdə X9 adında bir uşaqlarının doğulduğunu, hazırda uşağın xəstə olduğunu, onun müalicəsinə davamlı olaraq xərc çəkdiyini, artıq uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini və ona görə də yenidən Namiqdən aliment tələb etdiyini göstərərək iddiasının təmin olunmasını xahiş etmişdir. 20 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçı ilə 2008-ci ildə evləndiklərini, birgə nikahdan 29 avqust 2009-cu il tarixdə X9 adında bir uşaqlarının doğulduğunu, nikahlarının pozulduğunu və uşağın da anası tərəfindən saxlandığını, uşağın xəstə olduğunu bildiyini, bankdan kredit götürərək onun müalicəsinə on min manat da pul xərclədiyini, maaşının az olduğunu, başqa bir nikahdan olan uşağına da aliment ödədiyini, həmçinin hər ay kredit pulunu ödədiyini, bu alimentin də qət olunacağı təqdirdə maaşından ona pul qalmayacağını, yeni evliliyindən bir uşağının da olduğunu, onu da çox çətinliklə saxladığını göstərərək iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsinin 27 iyul 2022-ci il tarixli doğum akt qeydindən çıxarışına əsasən iş üzrə tərəflərin 29 avqust 2009-cu il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli 2(111)-1/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X7 arasında 26 dekabr 2008ci il tarixdə bağlanmış nikah pozulmuş və iş üzrə tərəflərin uşaqları- 29 avqust 2009-cu il tarixdə doğulmuş X9 anası X2 yanında qalmışdır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsinin 27 iyul 2022-ci il tarixli nikahın pozulması akt qeydindən çıxarışına əsasən Cavabdeh ilə X7 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş üzrə məhkəmə tərəfindən Cavabdeh aylıq əmək haqqı və gəlirləri barədə “Naxçıvan” X3 göndərilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 10/1008 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh “Naxçıvan” X1 xidmət edir və aylıq pul təminatı 724,81manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 10 avqust 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 29 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2008-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 29 avqust 2009-cu il təvəllüdlü X9 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən 1 uşağa görə hər ay valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə biri miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (724,81:4=181,20 x12=2174,43 manat) təmin edilmiş hissəsinə münasib olan 41,74 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 10 avqust 2022-ci il tarixdən hesablanmaqla 29 avqust 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41,74 (qırx bir manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-208/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-208/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver