Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-213/2021 18.10.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "xxxx" MMC Borclu qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək Borclu 354.8 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirilərkən məlum oldu ki, ərizə "xxxx" MMC-nin direktoru - X1 tərəfindən imzalanmamışdır. Eyni zamanda direktorun səlahiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması barədə sənədlər ərizəyə əlavə olunmamış, borcluya ünvanlanan xəbərdarlıq məktubu və ərizəyə əlavə olunmuş maliyyə arayışı imzalanmamış və təsdiq olunmamışdır. Ona görə də ərizə icraata qəbul edilməsindən imtina edilərək əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 278.4-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 278.3-cü maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. İddia ərizəsi qaytarıldığına görə "xxxx" MMC tərəfindən 29 sentyabr 2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 20 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. "xxxx" MMC-yə izah olunmalıdır ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 263, 264, 278.4-cü maddələrini rəhbər tutaraq qərar verdim: "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" MMC tərəfindən 29 sentyabr 2021-ci il tarixli ********* nömrəli ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılsın. "xxxx" MMC-yə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-213/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-213/2021
18.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver