Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-217/2025 20.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin indeksasiyasını dəyişdirməklə (azaltmaqla), 13 noyabr 2013cü il təvəllüdlü X6 və 14 fevral 2015-ci il 3 təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 1 misli miqdarında indeksasiyanın 0.35 misli miqdarınadək azaldılması barədə qətnamə qəbul ed edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdr ki, Cavabdeh ona qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə tutulması müəyyən olunmuş bir uşaq üçün 130 manat aliment miqdarının indeksasiya edilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin olunaraq 13 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün məndən tutulan hər ay hər bir uşaq üçün 130 manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya edilməsi müəyyən edilmişdir. Bu da hər uşaq üçün 400 manat olmaqla iki uşaq üçün 800 manat aliment təşkil edir. Göstərmək istəyir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə tutulması müəyyən olunmuş iki uşaq üçün ümumilikdə 260 manat alimenti məbləğinə görə maddi imkanı çatdığından vaxtlı vaxtında ödəmişdir. Hazırda "ADF X8" MMC-də avtomexanika üzrə çilingər vəzifəsində işləyərək aylıq əmək haqqı 400 manatdır. X1 adlı şəxslə evlənmiş, 0,15 həftə 2 günlük hamilədir. Bununla bildirmək istəyir ki, əmək haqqı olaraq aldığı 400 manatla hər ay 800 manat alimenti ödəmək imkanı xaricindədir. Azərbaycan Respublikasında 2025-cü il üçün "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ölkə üzrə bir uşaq üçün 246 manat təşkil edir. Bu məbləğ də hər iki valideyn arasında bölünür. Belə olan halda mənə sabit məbləğdə uşaqların yaşayış minimumundan da yuxarı, indeksasiya adı altında iki uşaq üçün 800 manat alimentin müəyyən edilməsi ondan asılı olmayan səbəbdən alimenti ödəyə bilməyəcəyindən cinayət məsuliyyətinə cəlb edilməyinə səbəb olacaqdır. Belə ki, aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmə halları mövcuddur. Artıq qazanc əldə etməyə məcbur olmaq neqativ halların baş verməsinə gətirib çıxara bilər. Bu səbəbdən də, Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(078)- 127/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 1 misli miqdarında indeksasiyanın 0.35 misli miqdarınadək azaldılmasını istəyir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, məhkəmənin qərardadı ilə ödədiyi aliment miqdarı indeksasiya olunaraq hər uşaq üçün minimum əmək haqqı məbləğinin bir misli həddində sabit pul məbləğində müəyyən edildiyini, hal-hazırda iki uşağın saxlanılması üçün cavabdehə hər ay 800 manat ödəyə bilmədiyini, 400 manat əməkhaqqı aldığını, özünün də yenidən ailə qurduğunu, təyin olunmuş aliment məbləğini ödəməyə gücünün çatmadığını, hər uşaq 150 manat aliment ödəyə biləcəyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahastında iddianı qəbul etmədiyini, 2018-ci ildən alimentin artırılması bağlı məhkəməyə müraciət etmədiyini, həmin vaxtdan bir uşaq üçün 130 manat aliment ödədiyini, uşaqların böyüdüyünü və onların gündəlik tələbatının artdığını, uşaqların təhsili ilə əlaqədar hazırlıqlara əlavə xərcinin çıxdığını, uşaqlarla bağlı bütün qayğıları özünün tərəfindən çəkildiyini, iddiaçı tərəfindən 150 manat aliment ödənilməsinə razı olmadığını, hazırkı şəraitdə qeyd olunan məbləğlə uşağın saxlanmasını qeyri mümkün olmasını nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində bir uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq 13 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli doğum akt qeydindən çıxarışlara əsasən iş üzrə tərəflərin 13 noyabr 2013-cü il təvəllüdlü X11 və 14 fevral 2015-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ 567385 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı 04 mart 2025-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra X3 “Bağırova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən X4 15 həftə 2 günlük hamilədir. İş materiallarına əlavə olunmuş “APF X8” MMC tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli arayışa əsasən İddiaçı “APF X8” MMC-də avtomexanika üzrə çilingər vəzifəsində işləyir və əmək haqqı 400 manatdır. İş materiallarına əlavə olunmuş “Azemis Elektron Məhkəmə İnformasiya Sistemi”dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sosial işçi kimi işləyir və əmək haqqı 400 manatdır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarına və tədqiq olunmuş sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı tutulmalı olan aliment məbləği bir uşaq üçün 200 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (200:400=0,5) 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, iş üzrə iddiaçı və cavabdeh arasındakı nikah pozulmuş, onların birgə nikahlarından olan bir yetkinlik yaşına çatmayan uşaqlar ananın yanında qalmaqla, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində bir uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq 13 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 400 manat müəyyən edildiyini nəzərə alsaq 1 misli bir uşaq üçün 400 manat təşkil edir. Aliment ödəyən şəxs, yəni hazırki iş üzrə İddiaçı isə aliment məbləğinin azaldılaraq bir uşaq üçün 140 manat, müəyyən edilməsini xahiş edir. Tələbinin əsası kimi də yenidən başqa bir qadınla ailə qurduğunu, arvadının hamilə olduğunu, əmək haqqının 400 manat olduğunu göstərmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əmək haqqının az olması uşaqlara ödənilən aliment məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasına əsas ola bilməz. İddiaçı uşaqların saxlanması üçün daha qazanclı işlərdə çalışa bilər. Belə ki, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyənləşdirildiyi halda İddiaçı müəyyənləşdirilməsini tələb etdiyi bir uşaq üçün 140 və ya 150 manat aliment yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından məqsədəuyğun deyil. Aliment ödəyən əmək qabiliyyətli valideynin yüksək qazanca malik olmaması, onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, aliment məbləğinin azaldılaraq bir uşaq üçün 140 manat müəyyən edilməsi, uşaqların üstün mənafeləri və uşaq yanında saxlanılan iş üzrə cavabdehin mənafeyi baxımından məqsədəuyğun deyil və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin aşağıdakı qanunvericilik normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarını da əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması və azaldılması imkanını nəzərdə tutur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” müvafiq Sərəncamlarına əsasən 2025-ci ildə minimum əmək haqqı 400 manat müəyyən olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda göstərilən müddəaların tələbini və yetkinlik yaşına çatmayan uşaqların iş üzrə cavabdehin yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat müəyyən olunmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu, hazırkı iş üzrə iddiaçının ödəmə qabiliyyətini nəzərə alaraq iddiaçıdan hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, İddiaçı Cavabdeh xeyrinə ödənilən aliment miqdarı qismən azaldılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (200:400=0,5) 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə, məhkəmə xərclərini müzakirə edərək, belə nəticəyə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(078)-1084/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(078)-127/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, İddiaçı Cavabdeh xeyrinə ödənilən aliment miqdarı azaldılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov