Məhkəmə qərarları › İş №2(111)-22/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-22/2023

26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-22/2023 26.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək azyaşlı övladı xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 mart 2021-ci il tarixdə el adət-ənənələrinə uyğun olaraq ailə qurmuş, nikahı xx.xx.2021-ci il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində nikah aktı qeydi kitabının 127-ci səhifəsində rəsmi nikah qeydiyyatına alınmışdır. Bu nikahdan bir övladı - xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri yaxşı olmuş, arada heç bir ailə-məişət zəminində mübahisələri olmamış, ailə təsərrüfatını birgə idarə etmişlər. Bir müddət birgə yaşadıqdan sonra xasiyyətləri uyğun gəlməməsi səbəbindən tez-tez ailəməişət zəminində mübahisələr etməyə başlamışlar. Bu da ailə münasibətlərinin soyuqluq yaranmasına səbəb olmuşdur. Ona görə də cavabdehlə birlikdə yaşamaqları baş tutmamış və 2022-ci ilin aprel ayından bir azyaşlı övladı ilə birlikdə Kəngərli rayon Qıvraq qəsəbəsinə valideynlərinin yanına qayıtmışdır. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun nə onunla, nə də övladı ilə maraqlanmayıb və gündəlik zəruri tələbatlarının ödənilməsi üçün hər hansı bir maddi dəstək göstərməmişdir. Uşaq azyaşlı olduğundan və ananın qayğısına daha çox ehtiyacı olduğundan heç bir yerdə işləyə bilmir və maddi təlabatlarını valideyinləri qarşılayır. Onlara artıq yük olmaq istəmir. Ona görə də hesab edir ki, Cavabdeh azyaşlı övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün ona aliment ödəməlidir. Məhkəmədə izahat verən iş üzrə İddiaçı iddiasını müdafiə etdiyini, iddia ərizəsinə əlavəsinin olmadığını bildirib 20 dekabr 2021-ci il təvəllüdlü oğlu-X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə izahat verən iş üzrə Cavabdeh İddiaçı ilə 2021-ci ildə evləndiklərini, bu nikahdan bir uşaqlarının olduğunu, uşağı hazırda Rəqsunənin saxladığını, uşağı saxlamaq üçün aliment ödəməyə borclu olduğunu bildiyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsinin 03 noyabr 2022-ci il tarixli AZ-İ 512007 nömrəli nikah akt qeydindən çıxarışına əsasən Cavabdeh ilə X2 24 noyabr 2021-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 630244 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 20 dekabr 2021-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş üzrə məhkəmə tərəfindən Cavabdeh aylıq əmək haqqı və gəlirləri barədə X4 Orduya göndərilmiş sorğuya 19 yanvar 2023-cü il tarixli, 255 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh N saylı hərbi hissədə xidmət edir və aylıq pul təminatı 1131 manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 20 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2021-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 20 dekabr 2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən 1 uşağa görə hər ay valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə biri miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (1131:4=282,75 x12=3393 manat) təmin edilmiş hissəsinə münasib olan 53,93 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla 20 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 53,93 (əlli üç manat, doxsan üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar