Məhkəmə qərarları › İş №2(111)-23/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-23/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-23/2023 13.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 dekabr 2016-cı il təvəllüdlü X3, 28 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının üçdə biri miqdarında alimentin tutularaq onun- İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh övladı 28 noyabr 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (yüz) manat alimentin tutularaq onun-İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək hələlik bu işə baxılmasını istəmədiyini bildirərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh lazımi qaydada məhkəmə bildirişi təqdim olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə heç bir məlumat verməmiş, onun iştirakı olmadan işə baxılmasını və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxımasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddiaçının nümayəndəsi ərizənin qaytarılması barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq ərizə və əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar