Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-234/2022 04.11.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 06 iyun 2014-cü il təvəllüdlü X1, 04 iyun 2020-ci il təvəllüdlü X2 və 10 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının yarısı miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh övladı 10 dekabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (yüz) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırkı iş üzrə Cavabdeh ilə 18 sentyabr 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları - 06 iyun 2014-cü il təvəllüdlü X5, 04 iyun 2020-ci il təvəllüdlü X7 və 10 dekabr 2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Hal-hazırda aralarındakı nikah münasibətləri faktiki olaraq sonlanmış, nikahları formal olaraq kağız üzərində qalmışdır. Lakin rəsmi nikahları davam etməkdədir və rəsmi qaydada pozulmamışdır. Hal-hazırda iddiaçı faktiki olaraq cavabdehlə ayrı yaşayır. Birgə nikahlarından olan 3 övladları da iddiaçı ilə birgə atasının evində yaşayırlar. 01 avqust 2022-ci il tarixdən etibarən əmisinin evinə gəlmiş və burada yaşayır. Övladlarına özü baxır və onların maddi təminatları da tək onun üzərinə düşür. Halbuki AR Ailə Məcəlləsinin müvafiq maddəsinin tələbi baxımından uşaqları saxlamaq, onları tərbiyə etmək hər iki valideynin borcudur. Lakin cavabdeh bir ata olaraq, bir valideyn olaraq həm qanuni baxımından, həm də mənəvi baxımından bu borcunu yerinə yetirmir. Tək bir qadın olaraq övladlarının maddi tələbatlarının ödənilməsində çətinlik çəkir. Buna görə də “aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırkı iş üzrə cavabdeh hal-hazırda hərbi qulluqçu işləyir və Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrin birində xidmət edir. Onun aylıq qazancı çox yaxşıdır və buna görə də alimentin onun aylıq qazancına münasibətdə (yarısının) kəsilməsini istəyir. Eyni zamanda özünə münasibətdə də övladı X3 da 3 yaşına çatanadək saxlanılması üçün sabit məbləğdə aliment kəsilməsini istəyir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh 06 iyun 2014-cü il təvəllüdlü X1, 04 iyun 2020-ci il təvəllüdlü X2 və 10 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının yarısı miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi və Cavabdeh övladı-10 dekabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (yüz) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddia tələbini etiraf etdiyini bildirməklə bir ata kimi uşaqlarını saxlamaq onun borcu olduğunu qeyd edərək iddianın tam həcmdə təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ 690812 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X9 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Heydərova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 079979 nömrəli, AZ-İV 460178 nömrəli və AZ-İV 631762 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 06 iyun 2014-cü il təvəllüdlü X5, 04 iyun 2020-ci il təvəllüdlü X7 və 10 dekabr 2021-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh aylıq əmək haqqı və gəlirləri barədə “Naxçıvan” X6 31 oktyabr 2022-ci il tarixli, 7381 nömrəli məktubuna əsasən hərbi qulluqçu Cavabdeh hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir və vergilər xaric aylıq əmək haqqı 764 (yeddi yüz altmış dörd) manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddia tələbini etiraf etdiyindən və bu etiraf qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilərək iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 06 iyun 2014-cü il təvəllüdlü X1, 04 iyun 2020-ci il təvəllüdlü X2 və 10 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməli, 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 10 dekabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay Cavabdeh sabit pul məbləğində 100 (yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (764:2=382x12=4584+100x12=5784 manat) təmin edilmiş hissəsinə münasib olan 77,84 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq 06 iyun 2014-cü il təvəllüdlü X1, 04 iyun 2020-ci il təvəllüdlü X2 və 10 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 10 dekabr 2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay Cavabdeh sabit pul məbləğində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 77,84 (yetmiş yeddi manat, səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-234/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-234/2022
04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver