Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-234/2023 29.09.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, Əsədli Cavid Yadulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 180 ( yüz səksən) manat ümumilikdə 540 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək öz izahatında nikaha daxil olduqdan sonra ailə münasibətlərinin normal olduğunu, bir-birlərini başa düşdüklərini və aralarında heç bir narazıçılıq olmadığını, birgə nikahdan üç övladlarının dünyaya gəldiyini, bir müddət keçdikdən sonra ailə münasibətlərinin tədricən soyuyaraq tamamilə kəsildiyini və 2023-cü ilin iyun-iyul aylarından cavabdehin verdiyi əziyyətlərə dözə bilmədiyinə görə 3 azyaşlı uşağını götürüb atasının evinə qayıtdığını, haliyyədə 3 azyaşlı övladları ilə birlikdə atasına məxsus Kəngərli rayonu Qarabağlar kəndində yerləşən mənzilində yaşadıqlarını, iyun ayından 3 uşaqlarının saxlanması üçün cavabdeh tərəfindən bu üç ay müddətində cəmi 100 manat pul göndərdiyini və əlavə olaraq heç bir köməklik göstərilmədiyini, buna görə də 3 uşağın saxlanılmasına maddi cəhətdən imkanının çatmadığını, halhazırda uşaqların onun himayəsində ata evində yaşadığını, heç bir yerdə işləmədiyini atasının aylıq gəliri ilə yaşadıqlarını və maddi cəhətdən çətinlik çəkdikləri üçün alimentin sabit pul məbləğində hər bir uşağa 180 manat ümumilikdə 540 manat pulun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi olaraq məlumatlandırılsa da o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 172.2-ci maddəsinə əsasən, İşə bərpa, alimentin tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki iş üzrə toplanmış materialları araşdırıb, onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, tərəflər 28 oktyabr 2013-cü ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə evlilikdən xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 dünyaya gəlmiş, tərəflər 2023-cü ilin iyul ayından ayrı-ayrı ünvanlarda yaşamağa başlamış, azyaşlı uşaqlar isə bu günə kimi iddiaçının yanında yaşayırlar. Bu baxımdan İddiaçı aliment tələbinə dair Kəngərli rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, heç bir yerdə işləmədiyindən və uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin təyin olunmasını xahiş etmişdir. Hal hazırda xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində yaşayırlar, iddiaçı uşaqların saxlanmasında, tələbatlarının ödənilməsində maddi çətinlik çəkir və uşaqların maddi tələbatlarını ödəyə bilmir. Cavabdeh isə bu günə kimi üç uşağın saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 082325 №-li, AZ-İV 788644 №-li, AZ-İİİ 962410 №-li uşaqların doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 ataları Cavabdehdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüqularının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 220 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı uluslararası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ataananın əsas qayğılarının predmeti olmalıdır. İşə obyektiv və ədalətli qiymət verilərkən, iddiaçının yəni uşağın anasının heç bir yerdə işləməməsi, başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Məhkəmə işə nəticə verərkən iddiaçının təqdim etdiyi sübutlara da qiymət verərək işdə olan digər halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin hər ay 1000-1500 manat qazancı və ya gəliri olduğunu iddia etsədə, lakin bu barədə heç bir sübut təqdim etməmişdir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, ”Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanuna istinad etmişdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 220 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğə yaxın, yəni hər uşağa 120 manat həddində müəyyən etməyi məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment ümumilikdə 360 manat pulun Goranboy rayonu, Qaradağlı kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Kəngərli rayonu, Qarabağlar kəndində yaşayan İddiaçı xeyrinə ödənilməlidir. Alimentin ödənilməsi 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Ona görə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 1000 (min) manatdan çox olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 63.2 (altmış üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220,358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 120 manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat Goranboy rayonu, Qaradağlı kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Kəngərli rayonu, Qarabağlar kəndində yaşayan İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması 09 avqust 2023-cü il tarixdən hesablansın. Cavabdeh 63,2 (altmış üç manat 20 qəpik) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(111)-234/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-234/2023
29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver