Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-274/2022 05.12.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit məbləğdə hər ay 193 manat alimentin tutularaq ona - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 oktyabr 2013-cü il tarixdə Naxçıvan MR Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmaqla Cavabdeh ilə evlənib, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahdan birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il tarixdə oğlu X6 doğulmuşdur. Yola gedə bilmədiklərindən, xasiyyətləri uyğun gəlmədiyindən 30 aprel 2021-ci il tarixdən ayrı yaşayırlar. Həmin vaxtı o, aralarındakı nikahın pozulması tələbi ilə bağlı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə baxılıb barışmaları üçün 3 ay vaxt verilmişdir. Məhkəmə həmin dövrdə cavabdehdən uşağın saxlanılması üçün 130 manat miqdarında müvəqqəti aliment də qət etmişdir. Həmin müddət tamam olduqdan sonra o, barışmaqları üçün ərizəsini geri götürmüşdür. Ərizəsini geri götürməyinə baxmayaraq barışa bilməmişlər və ayrı-ayrılıqda yaşamağa davam etmişlər. Ərizəsini geri götürdüyündən müvəqqəti alimentin ödənilməsi də dayandırılmışdır. Bir ildən artıqdır ki, Cavabdeh övladına heç bir maddi köməklik göstərmir. O isə azyaşlı övladını təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit məbləğdə 193 manat aliment ödənilməsini istəyir. Məhkəmə tərəfindən iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Lakin məhkəmədə nümayəndələrlə təmsil olunmuşlar. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, İddiaçı cavabdehlə 2013-cü ildə ailə həyatı qurduqlarını, birgə nikahlarından 28 oktyabr 2014-cü il təvəllüdlü X6 adında bir övladlarının olduğunu, iddiaçının əvvəllərdə boşanmaq üçün məhkəməyə müraciət etdiyini, lakin məhkəmə tərəfindən verilən 3 ay vaxtdan sonra ərizəsini geri götürdüyünü, həmin müddət ərzində məhkəmə tərəfindən iddiaçıya müvəqqəti aliment kəsildiyini və bir müddət sonra həmin alimentdən də imtina etdiyini, iddiaçının ərizəni geri götürməsinə baxmayaraq cavabdehlə yenə də bir ailədə yaşamadıqlarını, iddiaçının 2021-ci ilin aprelin 30-dan ata evində yaşadığını, birgə nikahdan olan uşağın da hazırda iddiaçının yanında qaldığını və iddiaçının onun maddi tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, uşağın təhsilini, tibbi ehtiyaclarını və geyim tələbatlarını təkbaşına qarşılaya bilmədiyini, Culfa şəhərində yaşadığını, Kəngərli rayon Qıvraq qəsəbə musiqi məktəbində musiqi müəlliməsi işlədiyini, təxminən 600 manatadək əmək haqqı aldığını, hər gün oradan Qıvraq qəsəbəsinə işə gəlib getdiyini, bunun da əlavə xərclər tələb etdiyini bildirərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi qismində izahat verən Nümayəndə2 izahatında nümayəndəsi olduğu Cavabdeh atası olduğunu, onun iddiaçı ilə 2013-cü ildə evləndiyini və birgə nikahdan bir uşaqlarının olduğunu, cavabdeh Elvinin atası olaraq bu ailənin bir araya gəlməsi üçün cəhdlər etdiyini, lakin, heç bir nəticə vermədiyini, cavabdehin hazırda daimi iş yerinin olmadığını, fəhləlik etdiyini, bugünkü gündə tələb olunan 193 manatın böyük bir məbləğ olduğunu və cavabdeh bunu ödəməyə qadir olmadığını, uşağı saxlamaq hər iki valideynin üzərinə düşdüyünü, iddiaçının isə hazırda Kəngərli rayon Qıvraq qəsəbə musiqi məktəbində musiqi müəlliməsi işlədiyini və 800 manat maaş aldığını bildirdi və bunları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ 690829 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X2 arasında 03 oktyabr 2013-cü il tarixdə Kəngərli Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış, nikah həmin tarixdə akt qeydləri kitabında 143 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada "Bəylərova" soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 082479 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 28 oktyabr 2014-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 24 oktyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 28 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2013-cü ildə rəsmi olaraq evlənmişlər. Birgə evlilikdən 28 oktyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuş, haliyyədə tərəflər ayrı yaşamaqla uşaq da iddiaçının-anası İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, cavabdehin isə uşağın saxlanmasında iştirak etməməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün 150 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x150=1800 manat) təmin edilmiş hissəsinə münasib olan 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 28 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-274/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-274/2022
05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver