Məhkəmə qərarları › İş №2(111)-29/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-29/2025

06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-29/2025 06.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh uşağın yaşayış yerinin ananın yanında müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vəkil və nümayəndəsi Vəkil vasitəsilə məhkəməyə müraciət edərək 08 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün yaşayış yerinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, vəkil və nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə Naxçıvan MR Kəngərli rayon Qeydiyyat şöbəsində 28 nömrə ilə rəsmi olaraq nikaha daxil olmuşdurlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə münasibətləri normal olmadığından nikahları Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(078)-342/2015 nömrəli qətnaməsi ilə pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılmışdır. Qeyd edir ki, X3 1 (bir) ildir ki, öz istəyi ilə anası İddiaçı ilə yaşayır. İddiaçının mövqeyinə görə Cavabdeh övladı X3 ilə yetərincə maraqlanmır, onun qeydinə qalmır. Bu səbəbdən də İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X2 yaşayış yerinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini istəyir. İddiaçı tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mübahisə öz həllini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmənin hazırlıq iclasında məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaya “08 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün yaşayış yerinin anası İddiaçı yanında müəyyən olunması” şəklində baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməyərək vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə təyin edilmiş məhkəmə iclasına iddiaçının gəlməməsinin səbəblərini üzrsüz hesab edib, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin iştirakı ilə hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, məhkəmə qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 atasının, yəni cavabdehin yanında qalması müəyyən edilsə də, hazırda tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının yanında qalaraq yaşadığını qeyd edərək iddianın təmin olunması xahiş etdi. Məhkəmədə iştirak edən iş üzrə Cavabdeh izahatında iddianı etiraf etdiyini, həqiqətən də 08 sentyabr 2011-ci il təvəllüdlü qızı X2 hazırda anasının yanında qaldığını, uşağın yaşayış yerinin anası İddiaçı yanında müəyyən olunmasına heç bir etirazının olmadığını bildirərək iddianın təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ 670710 nömrəli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 08 sentyabr 2011ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 2(078)-342/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahından olan 08 sentyabr 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında qalması müəyyən olunmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin etirafı qəbul edilərək iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddianı etiraf etdiyindən İddiaçı Cavabdeh uşağın yaşayış yerinin ananın yanında müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməli, tərəflərin birgə nikahından doğulan 08 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı yanında müəyyən edilməlidir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məbləğinin kimə aid edilməsi məsələsini müzakirə edərək belə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh uşağın yaşayış yerinin ananın yanında müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflərin birgə nikahından 08 sentyabr 2011-ci il tarixdə doğulmuş uşaqları - X2 yaşayış yerinin anası İddiaçı yanında müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar