Məhkəmə qərarları › İş №2(111)-49/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-49/2024

16.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-49/2024 16.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X4 12 oktyabr 2010cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə 2009-cu il tarixində nikahlarını rəsmiləşdirmişlər, birgə nikahdan iki övladları 12 oktyabr 2010-cu il təvəllüdlü X14 və 22 iyun 2013-cü il təvəllüdlü X15 dünyaya gəlmişdir. Cavabdeh X2 Rayon Məhkəməsində nikahın pozulması tələbi barədə iddia qaldırmış, Kəngərli Rayon Məhkəməsinin 2(111)-118/2017 nömrəli qərarı əsasında nikahları məhkəmə qaydasında pozulmuş azyaşlı 22 iyun 2013-cü il təvəllüdlü X15 cavabdeh X5 yanında saxlanılmış və 28 sentyabr 2017-ci il tarixdən ondan hər ay bir uşağın saxlanılması üçün 100 manat aliment müəyyən edilmişdir. Hal-hazırda işsiz olduğundan alimenti ödəməkdə çətinlik çəkir, uşağın biri cavabdehdə, biri isə onun yanında qalır. Övladına baxmaqda valideynləri tərəfindən köməklik olunur. Qanunvericiliyin tələbinə əsasən hər bir valideyn uşağı saxlamaq həm vəzifəsi, həm də borcudur. Qanunvericiliyin mənasına görə cavabdeh Sevinc həmin vəzifənin birini də yerinə yetirmir. Cavabdeh Sevinc nikahları pozulmadan bibisi oğlu ilə Fəxriyə qoşulub qaçmış, sonradan Sevinc Kəngərli Rayon Məhkəməsində nikahın pozulması tələbi barədə iddia qaldırmışdır. Sevinc hazırda Fəxrin ilə ailə həyatı qurub yaşayır, maddi imkanı yaxşıdır. 12 oktyabr 2010-cu il təvəllüdlü X1 köməklik göstərməklə aliment ödəyə bilər. Bu səbəbdən də Cavabdeh ödədiyi alimentin 3 ilini də qaytarmalıdır. Hesab edir ki, bugünkü gün bir uşağın saxlanması üçün ayda 220 (iki yüz iyirmi) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. Mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh iştirak etmədiyi üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmədə iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək Cavabdehdən aliment tələb etdiyini, uşağın birini onun saxladığını, digərini isə özü saxladığını, lakin ona 100 manat aliment ödədiyini, uşağın birini özü saxladığına görə cavabdehdən aliment tələb etdiyini, hazırda heç bir yerdə işləmədiyini, istifadəsində olan nəqliyyat vasitəsinin atasının mülkiyyətində olduğunu, yanında qalan uşağın saxlanmasında çətinlik çəkdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, Ramulun artıq 10 aydır ki, alimenti ödəmədiyini, yeni ailəsindən azyaşlı uşağının olduğunu, ona görə də işləyə bilmədiyini, həyat yoldaşının da işləmədiyini, heç bir gəlirləri olmadığını, qızı Rənanın yaxşı oxuduğunu, onu hazırlıqlara qoyduğunu, ödənilən 100 manatla tələbatını çatdıra bilmədiyini, Ramulun uşağa valideynlərinin baxdığını dediyini, amma özünün taksi sürücüsü işlədiyini, əlavə də evlərdə usta kimi işləyərək qazanc əldə etdiyini, iddiaçının imkanının özü ilə müqayisədə daha yaxşı olduğunu, tələb edilən bu məbləği ödəməyə gücü çatmayacağını, yanında qalan uşağa yaxşı baxmadığını, onunla maraqlanmadıqlarını, əgər uşağı saxlaya bilmirsə, qaytarılıb ona verilməsini bildirərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(111)-118/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq 22 iyun 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 506783 nömrəli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 12 oktyabr 2010-cu il tarixdə X14 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 857938 nömrəli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 22 iyun 2013-cü il tarixdə X15 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV 163951 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X8 birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X16 adında uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X13 X22 Rayon Şöbəsinin 15 fevral 2024cü il tarixli 05/74 nömrəli arayışına əsasən İddiaçı barəsində xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X13 X22 Rayon Şöbəsinin 02 fevral 2024cü il tarixli 05/61 nömrəli arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən işsiz kimi qeydiyyatdadır və hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışa əsasən iş üzrə İddiaçı istifadəsində etibarnamə əsasında “Mersedes Benz 300” markalı avtomobil vardır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh aliment tələbi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə tərəflər 04 may 2009-cu il tarixdə rəsmi olaraq nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Tərəflərin bu nikahlarından övladları - 12 oktyabr 2010-cu il təvəllüdlü X14 və 22 iyun 2013-cü il təvəllüdlü X15 doğulmuşdur. Tərəflər arasında olan həmin nikah qeydi Kəngərli Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(111)- 118/2017 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamədə məhkəmə tərəflər arasında bağlanmış sazişlə yetkinlik yaşına çatmayan uşaqlar - 12 oktyabr 2010-cu ildə doğulmuş X6 atasının, yəni hazırkı iş üzrə İddiaçı yanında, 22 iyun 2013-cü ildə doğulmuş X7 isə anasının, yəni hazırkı iş üzrə Cavabdeh yanında qalmasını müəyyənləşdirdiklərinə dair məhkəməyə saziş təqdim etdiklərinə görə və məhkəmə tərəfindən bu sazişin uşaqların və ya tərəflərdən birinin marağını pozduğu müəyyən edilmədiyinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması məsələsinə toxunmamışdır. Lakin, həmin qətnamədə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını təmin etmək məqsədilə Cavabdeh yanında qalmış 22 iyun 2013-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. Hazırkı iddia tələbinin hüquqi mahiyyətindən aydın olur ki, iddiaçının iddianı qaldırmaqda konkret olaraq məqsədi iddiaçının öz yanında qalan övladı 12 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsidir. İddia tələbinin əsası kimi isə özünün işləmədiyini, övladına valideynləri tərəfindən köməklik olunduğunu, cavabdehin isə maddi imkanının yaxşı olduğunu göstərmişdir. İş üzrə məhkəmə araşdırması zamanı cavabdehin işləmədiyi, hər hansı gəlirinin olmadığı, eləcə də, maddi imkanının yaxşı olmasını təsdiq edən hal müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat vəsaitin tutulması tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay sabit pul məbləğində 220 manat vəsaitin tutulması tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, mövcud qətnamə qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bununla bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının uşağın saxlanması üçün hər ay cavabdehdən sabit pul məbləğində 220 manat vəsaitin tutulması tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən və öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin, cavabdehin işləmədiyini və heç bir gəlirinin olmadığını, eləcə də, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar