Məhkəmə qərarları › İş №2(111)-57/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-57/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-57/2023 07.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment tutularaq 06 dekabr 2016-cı il tarixdə doğulmuş X4 və 28 noyabr 2021-ci il tarixdə doğulmuş X1 üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından 06 dekabr 2016-cı il tarixdə X6 və 28 noyabr 2021-ci il tarixdə X5 adında uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün ayrı yaşayırlar və uşaqlar da özünün himayəsində yaşayır. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ulxan isə bir ata kimi uşaqların saxlanmasında heç bir maddi köməklik etmir. Ona görə də cavabdehdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh fərdi təsərrüfatla məşğul olur. Rəsmi iş yeri yoxdur, lakin qazancı yaxşıdır. Ona görə ondan tutulacaq alimentin də sabit pul məbləğində müəyyən olunmasını istəyir. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə hüquqlarını müdafiə etdiyi İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, nümayəndəsi olduğu İddiaçı atası olduğunu, iddiaçının cavabdehlə 2016-cı ildə nikah qeydiyyatından keçib ailə qurduğunu və birgə nikahlarından iki uşaqlarının olduğunu, uşaqlardan biri 1 yaş iki aylıq, digərinin isə 6 yaşında olduğunu, hazırda cavabdeh ailəsi ilə heç bir şəkildə maraqlanmadığına görə cavabdehdən ayrılaraq onun evində yaşadığını, iddiaçı xəstə olduğundan məhkəməyə gələ bilmədiyini, 6 yaşlı uşağının da mədəaltı linfa vəzi xəstə olduğunu, cavabdehin nə yoldaşı, nə də ki, uşaqları ilə heç bir şəkildə maraqlanmadığını, onların maddi cəhətdən bir ata olaraq tələbatlarını qarşılamadığını, özünün isə gözətçi işlədiyindən onların təminatlarını ödəyə bilmədiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, iddiaçı telefonunda onu əngəllədiyindən onunla əlaqə yarada bilmədiyini, iddiaçı Bakı şəhərində xəstə olduğu zaman balaca uşağının bütün tələbatlarını qarşıladığını, uşaqları ilə həmişə maraqlandığını, ancaq tələb etdiyi məbləğdə aliment ödəyəcək imkanının olmadığını, çoban işlədiyini, əmək haqqısının hazırda 400 manat təşkil etdiyini, uşaqların haliyədə anasının yanında qaldığını və onlara maddi cəhətdən heç bir köməklik etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Qeydiyyat Şöbəsinin 01 noyabr 2022-ci il tarixli AZ-İ 881977 nömrəli nikah akt qeydindən çıxarışına əsasən 31 oktyabr 2016-cı il tarixdə Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Qeydiyyat Şöbəsinin 01 noyabr 2022-ci il tarixli AZ-İİİ 966358 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, iş üzrə tərəflərin 06 dekabr 2016-cı il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV 629733 nömrəli doğum haqqında şəhadətnamələrin surətinə əsasən iş üzrə tərəflərin 28 noyabr 2021-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 25 yanvar 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh 06 dekabr 2016-cı il tarixdə doğulmuş X4 və 28 noyabr 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2016-ci ildə evlənərək rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahlarından 06 dekabr 2016-cı il tarixdə X6 və 28 noyabr 2021-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Haliyədə tərəflər ayrı yaşamaqla birgə nikahdan doğulmuş uşaqlar İddiaçı himayəsində yaşayır və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh də uşaqların saxlanmasında maddi köməklik etmir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 172.1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda göstərilənləri və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün 300 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x300=3600 manat) təmin edilmiş hissəsinə münasib olan 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 yanvar 2023-cü il tarixdən hesablanmaqla 06 dekabr 2016-cı il tarixdə doğulmuş X4 və 28 noyabr 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar