Məhkəmə qərarları › İş №2(111)-61/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-61/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-61/2021 09.03.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2, xx xxxxx 2014-cü il tarixdə doğulmuş X3 və xx xxxx 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının ½ hissəsi məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə Nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü X6, xx xxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxx 2019-cu il təvəllüdlü X8 adlı üç övladlarımız olmuşdur. Aralarında olan münasibətlər pozulduğundan 2020-ci ilin yayından ayrı yaşayırlar. Ailəsini dağıtmaması xatirinə nikahın pozulması barədə iddia qaldırmamışdır. Lakin son vaxtlar Əhliman uşaqlara maddi cəhətdən lazımi qaydada köməklik göstərmədiyinə görə aliment tələbi barədə iddia qaldırır. Qeyd edir ki, Əhliman Milli Orduda xidmət edir, yüksək əmək haqqı alır. Ona görə də alimentin əmək haqqının faizi ilə ödənilməsini istəyir. İş üzrə Cavabdeh məhkəmə bildirişi göndərilməklə dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin üzrlü səbəblə əlaqədar olması barədə məhkəməyə heç bir məlumat vermədiyinə görə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə onun iştirakı olmadan işə baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmədə iddiaçının nümayəndəsi qismində dindirilən İddiaçı nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, iddiaçının atası olduğunu, qızının 2020-ci ilin yayından uşaqları ilə birlikdə özünün himayəsində yaşadığını, əvvəllər Cavabdeh uşaqlarının saxlanmasında iştirak etsə də, son vaxtlar 3-4 ay müddətdir ki, onlarla maraqlanmadığını, onlara heç bir maddi yardım göstərmədiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ 687601 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı xx xxxx 2012-ci il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş AZ-İİ 857908 nömrəli, AZ-İİİ 082427 nömrəli və AZ- İV 169693 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin xx xxxxxx 2013-cü il tarixdə X6, xx xxxxx 2014-cü il tarixdə X7 və xx xxxx 2019-cu il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, aliment tutulması barədə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2, xx xxxxx 2014-cü il tarixdə doğulmuş X3 və xx xxxx 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1 və 76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iş üzrə 30 (otuz) manat dövlət rüsumu iş üzrə Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2021-ci il tarixindən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2, xx xxxxx 2014-cü il tarixdə doğulmuş X3 və xx xxxx 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar