Məhkəmə qərarları › İş №2(111)-90/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-90/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-90/2025 08.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 30 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə 246 manat sabit pul məbləğində alimentin müəyyən edilərək Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri nikahda olduğu müddətdə 30 noyabr 2009-cu il təvəllüdlü X4 adında bir azyaşlı övladı dünyaya gəlmişdir. xx.xx.2010-cu il tarixdə Astara rayon Qeydiyyat şöbəsində Cavabdeh tərəfindən atalığın müəyyən edilməsi haqqında 150447 nömrəli şəhadətnamə almışdır. xx.xx.2025-ci il tarixdə qanunvericiliyin tələbinə uyğun olaraq Naxçıvan şəhər Mediasiya Mərkəzinə müraciət etmişdir. Mediasiya Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda da qeyd olunduğu kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini dəqiqləşdirərək iddia ərizəsində göstərilmiş atalığın müəyyən edilməsi haqqında 150447 nömrəli şəhadətnamənin nömrəsinin 193122 nömrəli olmasının nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay bir uşağa görə 246 manat sabit pul məbləğində aliment tələbi ilə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə tanış olmuş, iddianı qəbul etmir, qeyd etdiyi səbəblərə görə iddia ərizəsinə etiraz edir. Belə ki, o, xx.xx.1980-ci il tarixdə anadan olmuş, əmək qabiliyyətinin 50 faizini itirmiş, xəstəliyin diaqnozu: Oynaqların ortopedik implantlarının olması, sağ bud - çanaq oynağının total endoprotezi. Koksatroz (bud-çanaq oynağının artrozu) Hər iki bud çanaq oynağının İV-də dərəcəli koksartrozu”-dur. Bu ümumi xəstəliyə görə müddətsiz 2018-ci ilin iyul ayından əlillik təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar uzun müddət ayaq üstə qala bilmir. Qeyd etdiyi kimi xəstəliyi ilə əlaqədar işləyə bilmir. Əlil olduğu üçün ona işdə verilmir. Əlilliyə görə hər ay 150 manat pensiya alır, başqa gəliri yoxdur. Pensiyadan uşağın saxlanılması üçün müəyyən məbləğdə verilməsinə etiraz etmir. Özü də dərmanlarını pensiyası ilə alır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, İddiaçı ilə ər-arvad olaraq 15 il bir təsərrüfatda yaşamışdır. O, ona xəyanət etmiş, bacısının əri ilə münasibət yaradaraq onunla qaçmış və hazırda da Kəngərli rayonu Xok kəndində yaşayır. O, cavabdehin maddi vəziyyətini yaxşı bilir. Bilir ki, tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Xəstəliyindən istifadə edərək ona daha da əzab vermək istəyir. Əmindir ki, məhkəmə bu halları nəzərə alacaq və ədalətli qərar qəbul edəcəkdir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək nümayəndəsi və vəkili olduğu İddiaçı cavabdehlə 2009-cu ilin əvvəlində qeyri-nikahda olduğunu, həmin müddətdə 30 noyabr 2009-cu il təvəllüdlü X2 dünyaya gəldiyini, xx.xx.2010-cu il tarixdə X2 atasının Cavabdeh müəyyən edildiyini, 2012-ci ildə iddiaçı ilə cavabdehin ayrıldıqlarını, uşağın anası ilə birlikdə qaldığını, həmin gündən bu günədək keçən 13 il müddət ərzində cavabdehin bir dəfə də olsa, uşağa qayğı göstərmədiyini, onun istər təhsili, istər səhhəti ilə maraqlanmadığını, bu gün artıq uşağın böyüdüyünü, anasının uşağın tələbatlarını ödəyə bilmədiyini, həmçinin cavabdehin etiraz ərizəsinə münasibətdə onun əlilliyin olmasının cavabdehi aliment ödəməkdən azad etmədiyini, alimenti ödəməyin onun borcu və vəzifəsi olduğunu, qeyri-rəsmi olaraq maraqlandıqları zaman cavabdehin işlədiyini və mülkiyyətində nəqliyyat vasitəsinin olduğunu öyrəndiklərini, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilmədiklərini bildirərək iş üzrə tətbiq edilən hüquq normalarını rəhbər tutaraq uşağın maddi təminatının ödənilməsi üçün alimentin təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 410070 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 30 noyabr 2009-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 193122 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh 30 noyabr 2009-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh üçüncü dərəcəli əlildir. İş materiallarına əlavə olunmuş “Azemis” Məhkəmə İnformasiya Sistemindən iş üzrə Cavabdeh gəlir məlumatlarından çıxarışdan görünür ki, o, 150 manat məbləğində pensiya alır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 10 fevral 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh 30 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 172 manat, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına uyğun olaraq sonrakı artımlar nəzərə alınmaqla 2025-ci ildə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının 0,43 misli miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının vəkili və nümayəndəsinin izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər qeyri-rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 30 noyabr 2009-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuş, uşağın atalığı müəyyən olunmuşdur. Haliyədə tərəflər ayrı yaşamaqla uşaq da iddiaçı- İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” müvafiq Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqı 400 manat müəyyən olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Odur ki, məhkəmə aliment təyin edərkən hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 172.1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbi ilə əlaqədar etirazında göstərdiyi (3-cü qrup əlil olması, əlilliyə görə aldığı təqaüddən başqa heç bir qazancının, gəlirinin olmaması və s. kimi) hallarla bağlı qeyd edir ki, cavabdehin qeyd etdiyi hallar övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, cavabdehin ödəmə qabiliyyətini və yetkinlik yaşına çatmayan uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində aliment tutulması məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x172=2064 manat) təmin edilmiş hissəsinə mütənasib olan 40.64 (qırx manat, altmış dörd qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 fevral 2025-ci il tarixdən hesablanmaqla 30 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40.64 (qırx manat, altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar