Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1008/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün 150 manat məbləğində əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2008ci il tarixdə nikahını qeydə aldırmışdır. Onların birgə nikahından xx.xx.2009-cu il tarixdə X9, xx.xx.2011-ci il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X7 anadan olmuşdur. Cavabdeh ilə bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7370/2023 nömrəli qətnaməsi əsasında aralarında olan nikah pozulmuşdur. Bundan başqa, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(030)-335/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 onun himayəsinə verilmişdir. Həmçinin Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-729/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər uşağa görə 50 manat olmaqla cəmi 100 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi hissəsində təsdiq edilmişdir. K.İ.Əsgərova bir ata kimi məsuliyyətini dərk etmir və birgə nikahdan xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 ona hər hansı maddi dəstək göstərmir. Halbuki, azyaşlı Aysu gözündə yaranmış xəstəlikdən əziyyət çəkir və gözlərinin müalicəsi üçün daim həkim müayinəsi, dərmanların və eynəklərin alınması tələb olunur. Bu isə onun maddi tələbatının daha artmasına səbəb olur. O, satıcı işləyərək hər ay 370 manat məbləğində əmək haqqı alır, 100 manat məbləğində isə aliment ödəyir. Buna görə də uşağın tələbatlarını ödəyə bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan səbəbdən xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və əlavə xərc olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehdən xeyrinə tutulmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun maddi imkanı yoxdur və himayəsində 2 azyaşlı uşaq vardır. Bundan başqa, V.V.Əsədova xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 tələbatlarını ödəyə bilmədiyi təqdirdə həmin uşağın da onun yanında saxlanmasını məhkəmədən xahiş edir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(030)-335/2024 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 Vüsalə Vaqif qızının himayəsinə verilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-729/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hesablanmaqla hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi hissəsində təsdiq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7370/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuş, buna qədər isə tərəflər arasında barışıq sazişi bağlanmış, birgə nikahdan doğulmuş uşaqların Cavabdeh yanında qalması və həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin İddiaçı tərəfindən Cavabdeh ödənilməsi razılaşdırılmışdır. Lakin Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(030)-335/2024 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 Vüsalə Vaqif qızının himayəsinə verilmişdir. Buna görə də İddiaçı Cavabdeh həmin uşağın saxlanılması üçün aliment tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun nəzərə alaraq, xx.xx.2009-cu tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı tərəflərin birgə nikahından doğulmuş X4 göz xəstəliyindən əziyyət çəkməsinə dair sübutları məhkəməyə təqdim etsə də, həmin uşağın qeyd olunan xəstləlikdən müalicə olunması üçün zəruri olan vəsaitin məbləği və həmin müalicənin hansı müddətə davam etməsi, eləcə də A.Cavabdehya istinad edilən xəstəliyin ağır xəstəliklər təsnifatına aid edilməsi və A.Cavabdehnın Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilən xəstəliklərdən əziyyət çəkməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, valideynlərin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq üçün aliment ödəmək öhdəliklərindən fərqli olaraq, onların əlavə xərclərdə iştirakı üçün belə xərclərin məbləğinin dəqiq müəyyənləşdirilməsi, əlavə xərclərin sərf ediləcəyi xəstəliyin ağır xəstəliklərə və s. aid olması zəruri şərtdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 müalicəsi üçün əlavə xərc qismində hər ay 150 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməlidir. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun un 36.5-ci maddəsinə əsasən «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1008/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1008/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver