Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1071/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı “aliment borcundan azad olma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Göygöl Rayon Məhkəməsinin 527/2016 saylı, 16 mart 2016-cı il tarixli icra sənədi üzrə yığılmış aliment borcunun tam şəkildə silinməsi, yəni həmin aliment borcundan tam şəkildə azad olunması barədə və Göygöl Rayon Məhkəməsinin 2(066)-450/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra sənədi üzrə aliment borcunun 2024-cü ilin aprel ayınadək silinməsi, yəni həmin tarixədək olan aliment borcundan faktiki nikahda olmasına və ümumi birgə təsərrüfat aparmasına görə aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızı məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçının ona qarşı aliment borcundan azad olma, aliment borcunun siminməsi və yığılmış aliment borcuna dair iddiasının əsassız hesab edilərək, tələbinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili yazılı vəsatət təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yazılı vəsatət təqdim edərək vəsatətin təmin edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının vəkili tərəfindən verilən vəsatətin təmin edilməsinə etiraz etmədi. Məhkəmə, iddiaçının nümayəndəsini, onun vəkilini və cavabdehin nümayəndəsini dinləyib, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı “aliment borcundan azad olma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı “aliment borcundan azad olma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1071/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1071/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver