Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1139/2022 18.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Gəncə şəhəri üzrə İdarəsinə, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli, 132/22 nömrəli yekun protokolunun etibarsız hesab edilməsi və 12 may 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Gəncə şəhəri üzrə İdarəsinə, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli, 132/22 nömrəli yekun protokolunun etibarsız hesab edilməsi və 12 may 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3 və 149.2.4cü maddələrinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, Gəncə şəhəri üzrə İdarəsi və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi cavabdeh qismində göstərilsə də, həmin ərizədə yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı yönələn tələb qeyd olunmuş, Gəncə şəhəri üzrə İdarəsinə və DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı isə heç bir tələb irəli sürülməmişdir. Bundan başqa, həmin iddia ərizəsində iddia tələbi qismində 12 may 2022-ci il tarixli müqavilənin ləğv edilməsi göstərilsə də, müqavilənin ləğv edilməsi haqqında cavabdehlərə təklif verilməsini, yəni mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər ona əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin iş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(044)-1929/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 Abuləli qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Gəncə şəhəri üzrə İdarəsinə, DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı yekun protokolun etibarsız hesab edilməsi və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(044)-1929/2022 nömrəli qərardadında iddia ərizəsinin qaytarılmasına əsas kimi göstərilmiş nöqsanlar yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Gəncə şəhəri üzrə İdarəsinə, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli, 132/22 nömrəli yekun protokolunun etibarsız hesab edilməsi və 12 may 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1139/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1139/2022
18.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver