Məhkəmə qərarları › İş №2(125)-1198/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1198/2023

01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1198/2023 01.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bunan başqa iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək alimentin hər uşağa görə 220 manat məbləğində təyin edilməsini xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə işə iddia həcminin artırıldəğə kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər faktiki olaraq ailə qurmuşlar, birgə ailə münasibətlərindən xx.xx.2005-ci ildə X7 və xx.xx.2007-ci ildə X5 anadan olmuşdur. Tərəflərin münasibətləri əvvəllər yaxşı olsa da hal-hazırda münasibətləri pozulmuşdur. Cavabdeh kirayəyə obyektlər verərək kifayət qədər qazancı olsa da uşağın saxlanımasında köməklik göstərmir. İddiaçının maddi cəhəti ağır olduğu üçün uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir.İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, birgə ailə münasibətlərindən Pəri və Heydər adlı uşaqları anadan olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Uşaqlardan Pərinin 2023-cü ilin mart ayının 5-də 18 yaşınən tamam olduğunu, digər uşaqları Heydərin saxlanması üçün 150 manat aliment ödəməyə imkanı çatdəğənə göstərdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 452946 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci ildə İddiaçı doğulmuş Pərinin atası Cavabdeh hesab edilmişdir. AZ-İ 942860 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2005-ci ildə Pəri adlı uşaqları anadan olmuşdur. AZ-İ 091175 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci ildə İddiaçı doğulmuş Heydərin atası Cavabdeh hesab edilmişdir. AZ-İ 942861 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2007-ci ildə Heydər adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, 06356 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2005-ci ildə anadan olmuş X7 və xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. «X6» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının öz tələbi ilə bağlı mötəbər sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyindən və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğundan, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, habelə uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı ) manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 66,32 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2005-ci ildə anadan olmuş X7 və xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 66,32 manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar