Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1283/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi dəyəri 4090 manat təşkil edən qızıl-zinət əşyalarının alınaraq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiadan imtina etdiyini və iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında qeyd etmişdir ki, hazırda iddiaçı ilə aralarında heç bir mübahisə qalmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh2 izahatında qeyd etmişdir ki, hazırda iddiaçı ilə aralarında heç bir mübahisə qalmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən iddiaçının imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1283/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1283/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver