Məhkəmə qərarları › İş №2(125)-1291/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1291/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1291/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı «cehiz əşyaların çıxarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı «cehiz əşyaların çıxarılması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Savalan küçəsi, Bağçılıq 7 nömrəli evdə Cavabdeh qızına məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Hesab edirəm ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində bir qədər qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddiaçılar hazırki iddialarında Gəncə şəhəri, Savalan küçəsi, Bağçılıq 7 nömrəli evdən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını xahiş etsələr də, çıxarılmasını tələb etdikləri həmin əşyaların hər birinin xüsusiyyələrini - adını, sayını, çeşidini və.s göstərməmiş, tələblərini əsaslandırdıqları halları qeyd etməmiş, nəticədə qeyri-müəyyənlik yaratmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 149.2.3.-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı «cehiz əşyaların çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmələrinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərar verdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı «cehiz əşyaların çıxarılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmələrinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar