Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1355/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Turqay adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərindən irəli gələn mübahisə üzrə tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin ¼ hissəsinin alimentin və uşaq 3 yaşına çatanadək 70 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ailənin qayğısına qalmır, onların xərclərini ödəmir. Məhkəmə iclasınn vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddia ərizəsində onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olamadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini bildirərək məhkəməyə iddianı etiraf etməsi barədə ərizə təqdim etdi və birgə nikahdan doğulmuş xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin ¼ hissəsinin alimentin və uşaq 3 yaşına çatanadək 70 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaq üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.1). Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağının hal-hazırda iddiaçının (anasının) himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi, cavabdehin müntəzəm qazancının olması və buna razılıq verməsi nəzərə alınaraq, birgə nikahından doğulmuş uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Bununla yanaşı, maddi cəhətdən kömək göstərilmədiyindən və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadığından tərəflərin ümumi uşaqlarının doğulduğu gündən üç yaşınadək buna zəruri vəsaitə malik olan cavabdeh iddiaçıya 70 manat aliment ödəməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və xx.xx.2022-ci təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 70 (yetmiş) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1355/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1355/2022
12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver