Məhkəmə qərarları › İş №2(125)-1361/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1361/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1361/2025 16.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X7, İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, cavabdehlə nikahları pozulmuş, uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 daim onun himayəsində olmuş və hazırda da onun himayəsindədirlər. Nikahları pozulduqda uşaqların kimin himayəsində qalması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh da uşaqların onun himayəsində qalmasına etiraz etmir. Lakin buna baxmayaraq, bu məsələnin məhkəmə qaydasında həll olunmasını istəyir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, tərəflər arasında mediasiya prosesində uşaqların yaşayış yeri barədə barışıq sazişi bağlandığından iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3036/2024 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 anası X1 himayəsində qalması barədə qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışdırlar. xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-00817 nömrəli barışıq sazişindən görünür ki, mediasiya prosesi zamanı tərəflər uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X3 anaları X1 himayəsində qalması barədə barışıq sazişi bağlamışdırlar. Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi tərəflər arasında mediasiya prosesində uşaqların yaşayış yeri barədə barışıq sazişi bağlanmışdır. Bununla belə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3821/2024 nömrəli qərarı) nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə iddiaçının uşaqların yanında saxlanması barədə tələbinə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 114.1.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə məhkəmədə iddia icratı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçı tərəfindən ödənilmiş 49,60 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. İddiaçıya barışıq sazişi könüllü icra olunmadığı təqdirdə barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ödənilmiş 49,60 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar