Məhkəmə qərarları › İş №2(125)-1382/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1382/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1382/2025 25.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın atadan mənşəyinin müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X10 adlı uşağın atası olmamasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh ilə aralarında olan nikah xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə qurmuşlar. Onlar ailə münasibətlərində olduqları müddət ərzində xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı iki uşaq anadan olmuşdur.Onlar nikahda olduqları dövrdə bir müddət mehriban yaşasalar da daha sonradan onlar arasında olan münasibətlər pozulmuşdur. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü Dəniz anadan olduqdan sonra o, cavabdehin başqa kişilərlə mobil telefonda danışdığına şahidlik etmişdir. Bundan sonra aralarında mübahisə yaranmış cavabdeh bir müddət valideynlərinə məxsus evdə yaşasa da sonradan azyaşlı uşağına görə onlar arasında olan ailə münasibətləri bərpa olunmuş, Cavabdeh ona bir daha belə halın təkrarlanmayacağına dair söz vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Anisa adlı qız uşağı anadan olduqdan sonra cavabdeh uşağın müalicəsini bəhanə edərək Bakı şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1240/2023 nömrəli qətnaməsi əsasında onlar arasında olan nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 analarının yanında qalmaları, həmin uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 165 manat, cəmi 330 manat məbləğində alimentin ondan Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh Bakı şəhərində Fəhmin adlı şəxslə faktiki ailə münasibətlərinə daxil olmuş, onunla eyni ünvanda yaşamağa başlamış, azyaşlı Anisanın da Fəhminin qızı olduğunu ətrafa eləcə də ona bildirmişdir. O, Bakı şəhərinə uşaqlarla görüşməyə gedən zaman Günel heç vaxt Anisanı onunla görüşməyə gətirməmişdir. Bundan başqa ona daha sonradan məlum olmuşdur ki, Günel elə onunla nikahda olduğu müddət ərzində ailəsinə xəyanət etmişdir. O, Güneldən Anisanın atası olmasına dair analiz edilməsini tələb etsə də Günel bunla razılamamışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsinin (vəkilinin) izahatlarını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, İddiaçı qardaşı X7 arvadıdır. Və F.N.Əliyevlə 2017-ci ildə nikaha girmişdir. F.N.Əliyevlə nikaha daxil olan zaman İddiaçı və Cavabdeh nikahda olmuşlar.Onlar fərqli ünvanlarda yaşasalar da 2018-ci ildən 1 il müddətində təmirlə əlaqədar eyni ünvanda, yəni İddiaçı və F.N.Əliyevin yaşadıqları ünvanda-ata evində yaşamışlar. Cavabdeh ona daimi darıxdığına görə əks cinsin nümayəndələri ilə telefonda danışdığını demişdir, hətta foto şəkillərini də atdığını bildirmişdir. Təxminən 2021-ci ildə gecə saat 12-yə işləmiş, Fuad və Natiqin mobil telefonunda hiss etdirmədən adı saxlayıb, nömrəsini dəyişməyi xahiş etmişdir.Həmin vaxt o, F.N.Əliyevin yanında olduğunu demişdir. Bu isə tanış olduğu şəxslə aralarındakı münasibəti bitirmək üçün i.lək nömrəsi deaktiv etdirmək istəməsi ilə bağlı olmuşdur. 2023cü il tarixdə Cavabdeh ona zəng edərək Fəhmin adlı şəxslə nikah münasibətlərində olduğunu, eyni ünvanda yaşadıqlarını, azyaşlı Anisanın atasının Fəhmin olduğunu bildirmişdir.2022-ci ilin sentyabr ayının 6-da təxminən Anisanın 6 ayı tamam olmamış Anisanın ayağındakı problemlə əlaqədar Cavabdeh Bakı şəhərinə getmişdir. Cavabdeh Bakı şəhərində, İddiaçı isə onlarda olarkən Cavabdeh İddiaçı zəng gəlmişdir. İddiaçı telefonu açdıqdan sonra Cavabdeh təsadüfən əlinin telefona dəyib zəng gəldiyini, telefonda hansına kişi cinsinə aid səsin «Günel, gəl gedək» Günelin isə «uşaqların yanlarında olduğunu, uşaqları bacısıgilə qoyduqdan sonra gələ biləcəyini» dediyini eşitdiyini bildirmişdir. Cavabdeh sonradan Fəhminlə çəkdirdikləri şəkilləri öz statusunda paylaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır.2021-ci ildə hətta İddiaçı arvadının başqa kişilərlə görüntülü danışarkən aşkar etmiş,Cavabdeh yaşının az olmasını nəzərə alıb, zamanla da düzələ biləcəyini düşünməmiş, Cavabdeh əlavə şans da vermişdir. Cavabdeh qardaşı ilə nikahda olan zaman onun özünün şəxsən tanıdığı şəxslər Günel barəsində bir qədər diqqətli olmağı nəzakətlə ona bildirmişdirlər. O, bu barədə atası X8 demiş N.Y.Əliyev də Cavabdeh atası ilə danışmışdır. İddiaçılə Cavabdeh arasındakı nikah pozulduqdan sonra o, Cavabdeh Daşkəsən rayonu, Xoşbulaq qəsəbəsində yaşayarkən 2 nəfər oğlanın Cavabdeh görə birbirini vurduğunu, əlavə başqa halların da baş verdiyini eşitmişdir. Cavabdeh Bakı şəhərində yaşayarkən Anisanın Fəhminlə bir yerdə şəkillərini paylaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki,İddiaçı onun oğludur. İddiaçı və Cavabdeh atası Elnur Gəncə şəhərində, «Univermaqda» qızıl alqı-satqısı ilə məşğul olarkən tanış olmuşlar. Onlar Elnurun ailəsini evlərinə qonaq dəvət edən zaman Elnurun qızı Günel də gəlmiş bu zaman Günellə Rəşad arasında sevgi münasibətləri yaranmışdır.Anisa doğulmamışdan əvvəl İddiaçı Cavabdeh kiminləsə video zənglə danışdığını görmüş, yaşını və uşaqlığını nəzərə alıb, Cavabdeh şans vermişlər. İddiaçılə Cavabdeh arasında nikah pozulduqdan sonra o, Cavabdeh ayrı-ayrı şəxslərlə münasibətlərinin olduğunu eşitmişdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 03 nömrəli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 04 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixli, 1099 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2002-ci il təvəllüdlü X1 Günel Elnur qızının himayəsində saxlanılmış, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 165 manat, ümumilikdə 330 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 1382/2025 nömrəli qərardadından görünür ki, iş üzrə məhkəmə-genetik ekspertizası təyin edilmişdir, məhkəmə-genetik ekspertizasının keçirilməsi və rəy verilməsi üçün zəruri tədqiqat predmetlərinin götürülməsi üçün xx.xx.2022-ci ildə anadan olmuş X5 ekspertə təqdim etmək Cavabdeh, habelə ekspertizanın aparılması üçün tələb olunan xərci ödəmək İddiaçı həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-X6 Anatomiya Birliyi» Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/306 nömrəli məktubdan görünür ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-X6 Anatomiya Birliyi» Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/461 nömrəli məktubdan görünür ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İşdə olan «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə sərhəddən çıxış etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyildirsə, məhkəmə hansı tərəfin iştirak etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd etmiş hesab edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı və Cavabdeh aralarında olan nikahı xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə qurmuşlar. Onlar ailə münasibətlərində olduqları müddət ərzində xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı iki uşaq anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 1240/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixli, 1099 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2002-ci il təvəllüdlü X1 Günel Elnur qızının himayəsində saxlanılmış, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 165 manat, ümumilikdə 330 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X10 adlı uşağın atası olmamasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1382/2025 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-genetik ekspertizası təyin edilmiş, habelə ekspertizanın aparılması üçün tələb olunan xərci ödəmək İddiaçı həvalə edilmişdir. Cavabdeh isə xx.xx.2022-ci ildə anadan olmuş X5 ekspertə təqdim etməkdən yayınmış, İddiaçı ekspertiza mərkəzinə getməsinə baxmayaraq cavabdeh tərəf bundan yayınmışdır. Həmçinin Cavabdeh xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iddiaya şifahi və ya yazılı heç bir münasibət bildirməmiş, xx.xx.2025-ci il tarixdə ölkə hüdudlarını tərk etmişdir. Məhkəmə hesab edir ki, müasir dövrdə DNT ekspertizası uşağın mənşəyini müəyyən etmək üçün zəruri olan yeganə ekspertiza növüdür. Gen məlumatları insanın qohumlarının malik ola biləcəyi informasiyanı verir. Məhkəmə-genetik ekspertizası eyniləşdirici ekspertizalarından biridir. Öz informativliyinə görə DNT analizinin keçirilməsi birinci yer tutur. Digər ekspertizalar, o cümlədən iddiaçının israr etdiyi bioloji ekspertiza uşağın mənşəyi ilə bağlı qənaətə gəlməyə kifayət edən məlumatları vermir. İddiaçı uşağın atası olması məsələsini mübahisələndirir və bu müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkün olduğu, iddiaçının bununla bağlı bütün zəruri xərcləri ödəməyə razı olduğu halda cavabdeh buna imkan yaratmamış və ölkəni uşaqla birlikdə tərk etməklə ekspertiza keçirilməsinə bir dəfəlik mane olmuşdur. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin «iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi», «nə kimi halların müəyyən edilməməsi», «tərəflərin hansı hüquq münasibətində olmaları» barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 atası olmadığı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 atası olmadığı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar