Məhkəmə qərarları › İş №2(125)-1394/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1394/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1394/2024 12.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehlərdən müştərək qaydada 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Qanuni nümayəndə xx.xx.2019-cu il tarixdə X3 ilə nikahlarını Gəncə “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirmişlər, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. xx.xx.2021-ci ildə yoldaşı X3 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adı silah növləri ilə törədilmiş zədələmələr nəticəsində Kəlbəcər rayonunda Şəhid olmuşdur. Cavabdehlər onu evdən qovduqları üçün o, uşağa təkbəşına baxır. Heç bir yerdə işlədəmədiyi üçün o, övladına bağmaqda çətinlik çəkir. Lakin cavabdehdər baba və nənə olmaqla nəvənin saxlanılması üçün heç maddi yardım göstərmirlər. Halbu ki, cavabdehlərin nəvənin saxlanılması üçün zəruri vəsaitə malikdirlər. Cavabdehlər hər ikisi preziden təqaüdü alırlar, Cavabdeh1 isə "xxxx" Alüminium MMC-də işləməklə yüksən əmək haqqı alır. Baba və nənədən nəvələri üçün alimentin alınması məqsədi ilə Mediasiya təşkilatına müraciət etmişdir. Lakin mübahisəni müdiasiya qaydasında həll etmək mümkün olmamışdır. Bundan başqa, o, cavabdehlərin gəlirləri barədə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Şöbəsinə və "xxxx" Alüminium MMC-yə vəkil sorğuları verilmişdir. Lakin sorğula cavab verilməmişdir. Həmin sübutları müstəqil ala bilmədiyi üçün qeyd olunan məlumatları məhkəmə qaydasında tələb olunmasını xahiş edir. Cavabdehlər iddaya etirazlarını məhkəməyə təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Etirazda göstərilmişdir ki, iddiaçı Qanuni nümayəndə nəvələri xx.xx.2020-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay müştərəq qaydada 350 manat sabit pul məbləğində aliment tutulması ilə əlaqədar Gəncə şəhər məhkəməsində iddia qaldırmışdır. Oğlu, yəni uşağın atası X3 xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayonunda keçirilən hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Aşağıda qeyd olunan səbəblərə görə iddia ərizəsinə etiraz edirlər: Oğlu şəhid X3 2012-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissədə çavuş rütbəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur. Şəhid oğlunun ailəsinə, şəhid ailəsi kimi bütün imtiyazlar verilmişdir. Hətta verilən 11000 manat həyat sığortasının pulunuda onlara düşən hissəsini alıb iddiaçıya vermişlər. Hazırda şəhid oğlunun ailəsinə, ailə başçısını itirməyə görə 1400 manat aylıq müavinət ödənilir. Bundan əlavə 300 manat da şahidliyə görə əlavə təqaüd verilir. Həmçinin, iddiaçı Gəncə şəhər 38 saylı tam orta məktəbdə və Daşkəsən rayonunda tam orta məktəbdə əmək təlimi müəlliməsi işləyərək təxminən 800 manata yaxın əmək haqqı alır. Bu səbəbdən iddiaçının uşağın saxlanması üçün kifayət qədər vəsaiti vardır. Ona görə də, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Dedikləri özünün subyektiv fikirləridir və onlara qarşı qərəzli mövqeyindən irəli gəlir. Cavabdeh1 uzun müddət aliminium zavodda "xxxx" Aliminium MMC-də qaynaqçı-elektrik işləyir. Zərərli əmək şəraitində işlədiyi üçün səhhətində ürəyi ilə əlaqədar problemləri vardır. Xəstəliyi ilə əlaqədar mütəmadi müalicə alır. Aldığı əmək haqqı müalicə xərcini ödəmir. Ümumiyyətlə ailədə 6 nəfər birlikdə yaşayırlar. Onlardan 3 nəfəri uşaqdır. Ailənin maddi imkanı aşağıdır. Ailə maddi cəhətdən çox çətinliklə dolanır. Cavabdeh2 qızınında səhhətində xəstəliyi ilə əlaqədar problemlər vardır. Sol böyrəyi inkişafdan dayandığı üçün ciddi müalicələrə məruz qalmışdır. Hazırda səhhəti ilə bağlı müalicələrini davam etdirir. Hesab edir ki, iddia tələbi qanunvericiliyə zidd olmaqla əsassızdır. Belə ki, şəhid oğlunun ailəsi cəmi 2 nəfərdən ibarətdir. Onların ailə büdcəsi hər nəfərə düşən yaşayış minimumundan dəfələrlə yüksəkdir və nəvələri İddiaçı maddi cəhətdən heç bir çətinliyi yoxdur. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Beləliklə, məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, 300117 saylı doğum haqqında şahadətnamənin surətindən görünür ki, X3 xx.xx.1989-cu ildə Kirovabadda doğulmuşdur, atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ 313386 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İV 458089 saylı doğum haqqında şahadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü İddiaçı atası X3, anası isə Qanuni nümayəndədır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 238829 saylı ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə qeyd edir ki, azyaşlı uşağın öz valideynindən maddi yardım almaq imkanı var. Belə ki, iddiaçı 1080.42 manat pensiya, onun anası isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müəllim işləyərək 385.67 manat və 391.33 manat aylıq əmək haqqı, habelə 600 manat pensiya alır. Belə olan halda, azyaşlı uşağın yardıma ehtiyacı olması, habelə baba və nənədən məhkəmə qaydasında aliment alması üçün əsaslar müəyyən olunmur. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq etməklə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar