Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1407/2022 27.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X7 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi olaraq 2006-cı ilin mart ayının 06-da rəsmi nikah akt qeydi bağlamaqla evlənmiş, birgə nikahlarından 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Aralarında olan nikah 2016-cı il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və azyaşlılar onun himayəsində saxlanılmaqla cavabdehin qazancından 1/3 miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdehdən tutulan aliment qətiyyən uşaqların ehtiyacını ödəmir. Onların günü-gündən artan ehtiyaclarının yalnız onun tərəfindən ödənilməsi imkansızdır. Bundan başqa hər iki övladı təhsil alır və zəruri xərcləri qarşılanmalıdır. Övladlarının təhsili və təlim-tərbiyəsi ilə məşğul olmağı onu kifayət qədər pul qazanmaq imkanından məhrum edir və mütəmadi olaraq işləyə bilmir. Odur ki, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 məhkəmə iclasında iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X4 xərcləri artdığından iddiaçının təkbaşına ödəməyə maddi imkanı çatmır. İddiaçının övladları təhsil alır və zəruri xərcləri çoxaldığından uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, birgə nikahdan doğulmuş 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment verməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(043)-8138/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdən etibarən Aysu və Ceyhunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq idddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 979100 nömrəli və AZ-İ seriyalı, 777913 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından 12 sentyabr 2007-ci il təvəllüdlü X6 və 17 iyun 2006cı il təvəllüdlü X5 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-02843 saylı arayışdan görünür ki, bu arayış Cavabdeh 04 iyul 2022-ci il tarix, saat 10:00-a təyin edilmiş ailə mübahisəsi-alimentin artırılması, atanın icazəsi olmadan uşağın ölkə hüquqlarından kənara çıxarılması üzrə ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq edir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə ünvanına məktub göndərilməklə məlumat verilsə də, o, ilkin mediasiya sessiyasında iştirak üçün gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(043)-8138/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdən etibarən Aysu və Ceyhunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə olunmamış, iddiaçı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdehin yüksək qazancı və gəlirləri barədə heç bir məlumatı və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin daimi olaraq yüksək qazanca sahib olması barədə sübutu məhkəməyə təqdim edilməməsi ilə yanaşı, hazırda tərəflərin birgə uşaqları üçün müəyyən edilən aliment 2016-ci il tarixdə məhkəmə tərəfindən qət edildiyindən və həmin tarixdən altı ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin rəsmi nikahlarından doğulmuş 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(043)-8138/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olmaqla dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 dekabr 2016-ci il tarixli, 2(043)- 8138/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 17 iyun 2006-cı il təvəllüdlü X5 və 12 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1407/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1407/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver