Məhkəmə qərarları › İş №2(125)-1444/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1444/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1444/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Ləğv edicisi Əmanətlərin sığortalanması Fondu və Cavabdeh1na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ipotekaya xitam verilməsi və ipoteka əmlakı üzərindən yüklülüyün ləğv edilməsi tələbinə dair iddiası üzrə iş üzrə icraatın təzələnməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin Ləğv edicisi Əmanətlərin sığortalanması Fondu və Cavabdeh1na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ipotekaya xitam verilməsi və ipoteka əmlakı üzərindən yüklülüyün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 009i nömrəli ipoteka müqaviləsinin bağlanmasında olan hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdeh "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 009i nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1444/2024 saylı qərardadı ilə tələbin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissənin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Cavabdeh1 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 009i nömrəli ipoteka müqaviləsinin bağlanmasında olan hərəkətlərinin qanunsuz hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi tələbin biri notariusun qanunsuz hərəkətlərindən şikayət verilməsi ilə, digəri isə ipotekaya xitam verilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Ləğv edicisi Əmanətlərin sığortalanması Fondu və Cavabdeh1na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ipotekaya xitam verilməsi və ipoteka əmlakı üzərindən yüklülüyün ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev İş № 2(125)-1444/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Gəncə Şəhər Məhkəməsi 25 yanvar 2024-cü il Gəncə şəhəri X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Ləğv edicisi Əmanətlərin sığortalanması Fondu və Gəncə şəhəri, 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ipotekaya xitam verilməsi və ipoteka əmlakı üzərindən yüklülüyün ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunması məsələsinə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 17:30-da açıq elan edir. Sədrlik edən İddiaçı "xxxx" ASC-nin Ləğv edicisi Əmanətlərin sığortalanması Fondu və Gəncə şəhəri, 1 saylı Notariat Kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ipotekaya xitam verilməsi və ipoteka əmlakı üzərindən yüklülüyün ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıtdıqdan sonra qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını 17.40-da bağlı elan edilir. Protokol 25 yanvar 2024-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Mustafa Mustafayev Məhkəmə iclas katibi: Sərxan Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar