Məhkəmə qərarları › İş №2(125)-1475/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1475/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1475/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılaraq, sabit pul məbləğində tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılaraq, sabit pul məbləğində tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-425/2020 saylı qətnaməsi ilə 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməsi qət edilmiş alimentin miqdarının azaldılaraq, ondan 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 133,5 (bir yüz otuz üç manat əlli qəpik) manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-425/2020 saylı qətnaməsi ilə iddiaçı X7 ona qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiasının təmin edilərək, onun 13 avqust 2013-cü ildə doğulmuş X12 atası olması müəyyən edilmiş və ondan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərimin) 1/4 hissəsi miqdarında aliment tutularaq, iddiaçı X9 ödənilməsi qət edilmişdir. O, 2013-cü ilin iyun ayında X8 ilə ailə qurmuşdur. Xəyalə Aslanova ilə birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi çıxarılan zaman o digər uşaqlarının saxlanılması üçün aliment ödəmirdi. X8 ilə arasında olan 13 sentyabr 2022-ci il tarixli "Barışıq saziş”nə əsasən ona xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment ödəyir. Onun əmək haqqı 801 (səkkiz yüz bir) manat təşkil edir. Əmək haqqının 1/4 hissəsi, yəni 209 manat hər ay bir uşağın saxlanılması üçün Cavabdeh ödənilir, yerdə qalan 529 manat əmək haqqının iki uşağın saxlanılması üçün ödədiyi 1/3 hissəsi 197 manat məbləğ təşkil edir ki, iki uşaq arasında həmin məbləğ bölündükdə hər uşağa ayda cəmi 98,50 (doxsan səkkiz manat əlli qəpik) manat düşür. Yəni o, cavabdehin yanında qalan uşağına 209 manat, digər iki uşağa birlikdə isə ondan daha aşağı mələğdə aliment ödəyir. Qüvvədə olan ailə qanunvericiliyinin tələblərinə görə 3 uşağın saxlanılması üçün valideynin qazancının ½ hissəsi miqdarında aliment tutulmalıdır. Onun əmək haqqı 801 manat təşkil edir. Əmək haqqının ½ hissəsini təşkil edən 400,50 (dörd yüz manat əlli qəpik) 3 uşaq arasında bərabər məbləğlərə bölünməlidir. Bu isə hər ay hər uşaq üçün 133,5 (bir yüz otuz üç manat əlli qəpik) təşkil edir. Aliment iki ayrı-ayrı şəxslərə ödənildiyindən alimentin onun əmək haqqından müəyyən hissə kimi tutulması çətinlik törədəcəkdir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, aylıq əmək haqqının 3 uşaq arasında bölünməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh olan qızı Cavabdeh işləmir, uşağın tələbatı günü-gündən artır, bu səbəbdən də Umut adlı uşağın saxlanılmasında əziyyət çəkir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, 15 avqust 2013-cü il tarixdə, Qazaxıstan Respublikası, Şərqi-Qazaxıstan vilayəti, Ust-Kamenoqorsk şəhərində X6 doğulmuş X12 atası – xx.xx.1987-ci tarixdə, Gəncə şəhərində anadan olmuş İddiaçı olmasının müəyyən edilməsi, 15 avqust 2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment X7 xeyrinə tutulması və alimentin tutulmasının başlanğıcı xx.xx.2019cu il tarixdən hesablanması, İddiaçı 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, X9, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 13 sentyabr 2022-ci il tarixli, MŞG/1-04200 nömrəli barışıq sazişindən görünür ki, İddiaçı birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay gəlirlərinin 1/3 hissəsini birinci tərəfin xeyrinə aliment ödəməyi öz öhdəsinə götürmüşdür. “X3n sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-06228 nömrəli arayışdan görünür ki, vətəndaş İddiaçı Cavabdeha qarşı ailə münasibətlərindən irəli gələn “aliment miqdarının azaldılması” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə saat 15:00-da keçirilən X3 iştirak etdilər. Lakin, tərəflər X3n sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 09 dekabr 2022-ci il tarixli, 120-41221-1222 nömrəli arayışından görünür ki, Gəncə şəhər Baş Polis Post Patrul Xidməti Taborunun polis nəfəri, polis baş serjantı, İddiaçı aylıq əmək haqqı 901,80 (doqquz yüz bir manat səksən qəpik) manat, vergilər çıxıldıqdan sonra 801,71 (səkkiz yüz bir manat yetmiş bir qəpik) manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 15 avqust 2013-cü il tarixdə, Qazaxıstan Respublikası, Şərqi-Qazaxıstan vilayəti, Ust-Kamenoqorsk şəhərində X6 doğulmuş X12 atası – xx.xx.1987-ci tarixdə, Gəncə şəhərində anadan olmuş İddiaçı olmasının müəyyən edilməsi və 15 avqust 2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment X7 xeyrinə tutulması qət edilmişdir. İddiaçı 2013-cü ilin iyun ayında Xəyalə Aslanova ilə ailə həyatı qurmuş və tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞG/1-04200 nömrəli barışıq sazişinə əsasən birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay gəlirlərinin 1/3 hissəsini birinci tərəfin xeyrinə aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Hal-hazırda İddiaçı Cavabdeh ilə birgə ailə münasibətlərindən doğulmuş Umut adlı uşağın saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, Xəyalə Aslanova ilə birgə ailə münasibətlərindən doğulmuş Mədinə və Arzu adlı uşaqların saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment ödədiyindən və ailə qanunverciliyinin tələblərinə görə 3 uşağın saxlanılması üçün valideynin qazancının (başqa gəlirlərinin) ½ hissəsi miqdarında aliment müəyyən edildiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 133,5 (bir yüz otuz üç manat əlli qəpik) manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə Cavabdeh işləmədiyini, bu səbəbdən də uşağa baxmaqda çətinlik çəkdiyini bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Umut adlı uşağın saxlanması üçün müəyyən olunan aliment ailə qanunvericiliyinin tələblərinə uyğun olmaqla tərəflərin maddi vəziyyətinə də adekvatdır. Həmçinin iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunan alimenti ödəmək iqtidarında olmaması barədə məhkəməyə əsaslı bir sübut təqdim etməmiş və iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə zidd olduğundan rədd edilməlidir. Başqa sözlə iddiaçının 3 uşağı, iki müxtəlif nikahdan doğulmaqla, sonuncu hər bir nikahından doğulmuş uşaqlarının saxlanması üçün ayrı – ayrılıqda vəzifələr daşıyır və bu baxımdan iddiaçıdan Umut adlı uşağın saxlanılmasına münasibətdə cavabdehə ödənilən alimentin məbləği qanunvericiliyin müəyyən etdiyi həddədir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-425/2020 saylı qətnaməsi ilə 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməsi qət edilmiş alimentin miqdarının azaldılaraq, ondan 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 133,5 (bir yüz otuz üç manat əlli qəpik) manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən X3 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-425/2020 saylı qətnaməsi ilə 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməsi qət edilmiş alimentin miqdarının azaldılaraq, İddiaçı 15 avqust 2013-cü ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 133,5 (bir yüz otuz üç manat əlli qəpik) manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar