Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1479/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi alimentin tutulması, uşağın 3 (üç) yaşına çatanadək əlavə xərcin verilməsi, analıq məzuniyyətində olduğuna görə ona baxım (alimentin) pulunun ödənilməsi və mediasiya rüsumunun qarşı tərəfdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Bu barədə qanunvericiliyin tələbi ilə rəsmi qaydada Gəncə şəhər 2 saylı “ASAN xidmət” X3 tərəfindən xx.xx.2022-ci il tarixli, 724 saylı X4 verilmişdir. Cavabdeh ilə birgə nikahda 26.06.024-cü il təvəllüdlü X2 adında 1 azyaşlı uşaqları anadan olmuşdur. Oğlu anadan olandan sonra münasibətlər korlanmış və cavabdehlə aralarında yaranan münaqişələr ailəsinin möhkəmlənməsinə imkan verməmişdir. xx.xx.2024-cü il tarixindən atası evindədir. Aralarındakı nikah formal xarakter daşıdığından məhkəməyə müraciət edərək nikahlarının məhkəmə qaydası ilə pozulmasına qərar vermişlər. Hal-hazırda nikahın pozulmasına dair məhkəmə prosesi davam edir. Lakin, yoldaşı övladlarının saxlanılması üçün heç bir köməklik etmir. Ailəsinə maddi-mənəvi dəstəyi yoxdur. Atası evinə gələndən cavabdeh nə övladını görür, nədə ki maddi köməklik edir. Cavabdehin maliyyə imkanları kifayət qədər yaxşıdır və azyaşlı övladına aliment verilməsində heç bir çətinliyi yoxdur. Bundan sonra İddiaçı məhkəmənin 13 mart 2025-ci il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh qarşı uşağın saxlanması üçün aliment və uşaq 3 yaşına çatanadək alimentin tutulmasını xahiş etmişdir. Hazırda aliment məsələsinə məhkəmə tərəfindən qiymət verildiyindən yalnız uşaq 3 yaşına çatanadək saxlanılması üçün 100 manat alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Bəhruz adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)-709/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə aliment müəyyən edilmişdir. Hal-hazırda isə Bəhruz adlı uşağın 3 yaşına çatana qədər analıq haqqı kimi aliment təyin edilməsini istəyir. Özü heç bir yerdə işləmir. Cavabdehin isə rəsmi yeri olmaqla, 1000 manat əmək haqqı alır. Odur ki, iddia tələbinin həcminin azaldılması hissəsi nəzərə alınmaqla təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - AZ-İV seriyalı, 989781 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 iyul 2024-cü il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. - “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-MT007/2024-02123 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 14 noyabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (50 manat ims xərci, 10 manat kargüzarlıq və poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-709/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 21 sentyabr 2022-ci il tarixdə 2 saylı Gəncə regional Asan xidmət X3ndə bağlanmış, bu barədə 724 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşağın valideynlərinin boşanmasından sonra anası İddiaçı yanında qalması müəyyən edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamə alimentin alınması ilə bağlı olan hissədə dərhal icra edilməsi və iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 9.4-cü maddəsinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 11.1-ci maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 85.1.1-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) bir-birinə qarşı aliment tələbi hüququ vardır. Lakin işə baxan məhkəmə yalnız aliment tələb edən ərin (arvadın) maddi imkanının olmadığını və aliment vermək vəzifəsi olan ərin (arvadın) buna zəruri vəsaitə malik olduğunu müəyyən etdikdə həmin iddia tələbi əsaslı hesab edilə bilər. Hazırki halda tərəflər xx.xx.2022-ci il tarixdə nikaha girmiş, onlar arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)-709/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 nikahın pozulmasından sonra İddiaçı yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Cavabdeh hazırki məhkəmə iclasında iştirak etməsə də, Gəncə Şəhər Məhkəməsinin 2(125)-709/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında hərbçi olduğunu və aylıq qazancının olduğunu bildirmişdir. Lakin, İddiaçı cavabdehin kifayət qədər zəruri vəsaitə malik olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməlidir. Odur ki, məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini və mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 3 yaşınadək sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,15 misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 3 yaşınadək sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,15 (sıfır tam yüzdə on beş) misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin olunmasın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1479/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1479/2025
09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver