Məhkəmə qərarları › İş №2(125)-1496/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1496/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1496/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X1 atası olmaması faktının müəyyən edilməsi və Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1479 saylı doğum haqqında akt qeydində ata haqqında məlumatlar hissəsində dəyişiklik edilərək, onun soyadı, adı və ata adı olan hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 2022-ci ildən etibarən sevgi münasibətləri yaşamış və mütəmadi olaraq görüşməyə başlayaraq, faktiki ər-arvad münasibətlərinə daxil olmuşlar. Bü münasibət iddiaçının ata və anasından gizli şəkildə saxlanılmış, onlar aralarında el adəti üzrə heç bir toy mərasimi keçirilməmişdir. Sonra xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə nikaha düşmüş, daha sonra Gəncə Şəhər Məhkəməsinin 2(125)- 581/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan başqa, onlar birlikdə Qeydiyyat şöbəsinə gedərək 23 mart 2022-ci il təvəllüdlü Aylin adlı qız övladına atalıq verdi və nəticə etibarı ilə Aylın adlı azyaşlı Salahov soyadını daşımaqla, sistemdə onun övladı kimi görünməkdədir. Lakin sonradan onda olan dəqiq məlumata əsasən dəyə bilər ki, 23 mart 2022-ci il təvəllüdlü X2 onun qızım deyil və o uşağın bioloji atası deyil. Həmin azyaşlının atasının kim olması barədə isə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, cavabdehlə faktiki nikah münasibətlərində olduqları vaxt xx.xx.2022-ci il təvəllüdlü Aylin Salahova doğulmuşdu. Daha sonra cavabdehlə rəsmi nikaha daxil olmuşlar və uşağın atası kimi adı qeyd olunmuşdur. Lakin bir müddət sonra uşağın atası olmadığını anlamışdır, bu barədə cavabdehdən soruşduqda bunu təsdiqləmişdir, lakin həmin halın dəqiqləşdirilməsi üçün analiz verilməsindən cavabdeh imtina etdikdə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Ətrafda köhnə dostlardan, tanışlardan eşitdiyi şayiələrə görə uşağın həqiqi valideyni olmadığına dair onda şübhələr yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili tələbin əsaslı olduğunu bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1496/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, iş materiallarında olan 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 621 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 ata adı qrafasında “İddiaçı”, ana adı qrafasında “Cavabdeh” qeyd edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)- 581/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 677 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq müddət pozuntusuna yol verməmək üçün qərardad və digər sənədlər surətləri icra edilmədən geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il təvəllüdlü Aylin Salahovanın atası olmamasının müəyyən edilməsini xahiş etmiş, tələbini uşağın biolojik atası olmamasıyla və doğum haqqında akt qeydində ata kimi yazılarkən uşağın həqiqi valideyni olmadığını bilməməsi ilə əsaslandırmışdır. İddiaçının uşağın atası olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmişdir, lakin cavabdehin yaratdığı maneələr nəticəsində iş üzrə ekspertiza keçirilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5). Məhkəmə mövcud vəziyyətdə cavabdehin doğduğu uşağın iddiaçıdan törəyibtörəmədiyi məsələsini araşdırmaq üçün iddiaçının iclasda şəxsən iştirakını zəruri hesab etmiş, lakin iddiaçı hər hansı üzrlü səbəb təqdim etmədən məhkəməyə gəlməkdən imtina etmişdir. Halbuki MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Prosessual qanunvericiliyin mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şəxsən şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsasdır. Nəzərə alınır ki, iddiaçı doğum haqqında akt qeydində ata kimi yazılarkən uşağın həqiqi valideyni olmadığını bilmədiyinə dair izahat vermiş və çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, həmin halı təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 atası olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 atası olmaması müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar