Məhkəmə qərarları › İş №2(125)-1519/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1519/2022

09.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1519/2022 09.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdeh "xxxx" X6 Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X1rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq hesablanmış 796.38 manat borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Məhrəsə Bağında yerləşən ev 22, 12 saylı mənzil 1984-cü ildə adına rəsmləşdirilmişdir. Həmin vanxtdan hal-hazırki vaxtadək mənzildə təkcə o, qeydiyyatda olmuşdur. Lakin heç kim yaşamamışdır. Gəncə şəhəri, Məhrəsə Bağında yerləşən 22 saylı evin 12 saylı mənzilində uzun illərdi ki su xətti yoxdur. Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq 796,38 manat borc yazılaraq ödənilməsi ondan tələb olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.2005-ci ildən İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş hesab fakturadan görünür ki, ünvan 1 ünvanında su təchizatı xidmətinə görə abonent İddiaçı xx.xx.2022-ci il tarixə 796.38 manat borc hesablanmışdır. İş materiallarında olan ünvan 1 ünvanına aid abonent kartından görünür ki, xx.xx.2005-ci il tarixli müqavilə üzrə həmin mənzilin abonent hesabına 2012-ci il üçün illik qalıq borc 21,60 manat; 2013-cü il üçün illik qalıq borc 21,60 manat; 2014-cü il üçün illik qalıq borc 21,60 manat; 2015-ci il üçün illik qalıq borc 27 manat; 2016-cı il üçün illik qalıq borc 85,05 manat; 2017-ci il üçün illik qalıq borc 36 manat; 2018-ci il üçün illik qalıq borc 149,85 manat; 2019-cu il üçün illik qalıq borc 114,3 manat; 2020-ci il üçün illik qalıq borc 106,65 manat; 2021-ci il üçün illik qalıq borc 164,1 manat; xx.xx.2022-ci il üçün illik qalıq borc 64,8 manat; borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xx.xx.2005-ci ildən iddiaçı qeydiyyatdadır, qeydiyyatda başqa şəxs yoxdur. İş materiallarına olan Gəncə Sukanal TSC-nin nümayəndəsi tərəfindən verilmiş etirazdan görünür ki, Gəncə şəhəri Məhrəsə bağı ev 22 mənzil 12-nin mülkiyyətçisi İddiaçı ilə 2005-ci il tarixdə sudan istifadə və tullanti suların axıdılmasına dair 33000083 saylı müqavilə bağlanaraq, **********120 abonent kodu verilmişdir və bugünədək müqavilədə heçbir dəyişiklik aparılmamışdır. İstehlakçı olaraq İddiaçı xidmətlərdən istifadə edilməsinə baxmayarq heç bir ödəniş etməmişdir. İddiaçı X2 ona məxsus, Məhrəsə bağı ev 22 mənzil 12-də sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti dayandırılması mülkiyyət hüququ yarandığı gündən bəri, barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət etməmişdir və həmin ünvanda sudan istifadə və tullantı suların axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Bununla da "xxxx" TSC üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. Bu səbəbdən də, iddiçı İddiaçı iddia tələbinin rədd edilməsinə dair Qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 30 yanvar 2021-ci il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,60 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,30 manat müəyyən edilmişdir. Həmin qərar 01 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. Göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 2015-ci ilin dekabr ayında 4 nəfər üçün hesabat aparılmaqla 20 kubmetr suya görə 7,20 manat borc hesablansa da əslində 1 nəfər üçün 5 kubmetr suya görə 1,80 manat borc hesablanmalı idi. Buna uyğun olaraq iddiaçının 2015-ci il üçün borcu 21,60 manat olmalı olduğundan 2015-ci il üçün hesablanmış 5,40 manat borc silinməlidir. 01 yanvar 2016-cı il tarixdən 15 may 2016-cı il tarixədək 4,5 ay müddət üçün köhnə tariflə bir nəfər üçün 8,10 manat (1,80 x 4,5 ay) borc hesablanmalı, 16 may 2016 – 31 dekabr 2016-cı il tarixlər arasında 7,5 ay üçün yeni tariflə bir nəfər üçün 5 kubmetr suya görə 16,88 manat (2,25x7,5 ay) olmaqla ümumilikdə həmin il üçün 24,98 manat borc hesablanmalı olduğu halda 85,05 manat borc hesablanmışdır. Buna görə də həmin borcun 60,07 manat hissəsi silinməlidir. 2017, 2018, 2019 və 2020-ci illər üçün eyni qaydada 4 nəfər üçün 20 kubmetr suya görə hesablama aparılmış və illər üzrə müvafiq olaraq 36, 149,85, 114,3 və 106,65 manat borc hesablanmışdır. Lakin bu illər üzrə də bir nəfər üçün beş kubmetr su hesabı ilə hesablama aparılmalı və hər il üçün ayrılıqda hər ay 2,25 manat olmaqla 27 manat (2,25x12 ay) borc hesablanmalı idi. Buna uyğun olaraq illik hesablanmış borc məbləğlərindən artıq olan hissələr, yəni 2017-ci il üçün borcdan 9 manat, 2018-ci il üçün borcdan 122,85 manat, 2019-cu il üçün borcdan 87,3 manat və 2020-ci il üçün borcdan 79,65 manat hissələri silinməlidir. 01 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək 01 ay müddət üçün köhnə tariflə bir nəfər üçün 2,25 manat borc hesablanmalı, 01 fevral 2021-ci il tarixdən iddianın məhkəməyə verildiyi 08 avqust 2022-ci il tarixlər arasında 18 ay üçün yeni tariflə bir nəfər üçün 5 kubmetr suya görə (4,5x18 ay) olmaqla ümumilikdə həmin dövr üçün 81 manat borc hesablanmalı olduğu halda 175,8 manat borc hesablanmışdır. Buna görə də həmin borcun 92,55 manat hissəsi silinməlidir. Beləliklə aparılmış hesablama zamanı iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumi borc məbləğinin 456,82 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X6 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Mahrasa bağı, ev 22 ünvanında yerləşən 12 saylı mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı 2014-2022-ci illər üzrə hesablanmış borcun 456 (dörd yüz əlli altı) manat 82 (səksən iki) qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar