Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1705/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evdə Cavabdeh məxsus servant 2 ədəd, trilyaj 1 ədəd, stol 1 ədəd, stul 8 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, stenka mebel 1 ədəd, termo 1 ədəd, yataq taxtı 1 ədəd, termo tumbuçkası 2 ədəd, mini stol 1 ədəd, xalça 5 ədəd, çil-çıraq 3 ədəd, divar saatı 1 ədəd, naçnik 1 ədəd, dəmir yataq 1 ədəd, yorğan 5 ədəd, adyal 3 ədəd, döşək 3 ədəd, yastıq 5 ədəd, yorğan uşaq üçün 2 ədəd, tefal çaynik 1 ədəd, soyuducu 1 ədəd, tozsoran 1 ədəd, tikiş maşını 1 ədəd, duxovka 1 ədəd, pərdə 3 ədəd, xalça 2 ədəd, gül qabı 2 ədəd, meyvə qabı 4 ədəd, rəngli bakallar 6 ədəd, qırmızı bakallar 6 ədəd, yaşıl bakallar 6 ədəd, yaşıl şirniyyat qabı 1 ədəd, ləmpə 1 ədəd, ağ bakallar 6 ədəd, zərli bakallar 6 ədəd, konfet qabı 6 ədəd, qazan 3 ədəd, ləyən 4 ədəd, su qabı dəmir flyaq 4 ədəd, qaz balonu 1 ədəd, xırda qab-qaşıqlar olan cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar tələbini belə əsaslandırmışlar ki, cavabdehlə 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşlar. Onlar bir müddət birgə yaşadıqdan sonra yaranmış anlaşılmamazlıq nəticəsində ayrılmalı olmuşlar. Cavabdeh artıq 4 ildir ki, onu və uşaqlarını atıb getmişdir. Həmin vaxtdan bugünkü günədək cavabdeh onlara məxsus evdə yaşamamışdır. Yuxarıda qeyd etdiyi ünvanda (ünvan 1 7) cavabdeh uzun müddətdir ki, ona məxsus evdə yaşamasa da, lakin ona məxsus cehiz əşyaları evdə qalmaqdadır. Cehiz əşyalarının onun evində qalmasını düzgün hesab etmir, cavabdeh isə onları mənzildən çıxarmağa tələsmir. O, bu barədə dəfələrlə ona müraciət etsə də, lakin hər dəfə rədd cavabı almışdır. Bu səbəbdən də cehizlərin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cehiz əşyaları aşağıdakılardır: 1. servant 2 ədəd,
2. trilyaj 1 ədəd, 3. stol 1 ədəd, 4. stul 8 ədəd, 5. divan 1 ədəd, 6. kreslo 2 ədəd, 7. stenka mebel 1 ədəd, 8. Termo 1 ədəd, 9. yataq taxtı 1 ədəd 10. termo tumbuçkası 2 ədəd, 11. mini stol 1 ədəd, 12. xalça 5 ədəd, 13. çil-çıraq 3 ədəd, 14. divar saatı 1 ədəd, 15. naçnik 1 ədəd, 16. dəmir yataq 1 ədəd, 17. yorğan 5 ədəd, 18. adyal 3 ədəd, 19. döşək 3 ədəd,
20. yastıq 5 ədəd, 21. yorğan uşaq üçün 2 ədəd, 22. tefal çaynik 1 ədəd, 23 soyuducu 1 ədəd, 24. tozsoran 1 ədəd, 25. tikiş maşını 1 ədəd, 26. duxovka 1 ədəd, 27. pərdə 3 ədəd, 28 xalça 2 ədəd, 29. gül qabı 2 ədəd, 30. meyvə qabı 4 ədəd, 31. rəngli bakallar 6 ədəd,
32. qırmızı bakallar 6 ədəd, 33. yaşıl bakallar 6 ədəd, 34. yaşıl şirniyyat qabı 1 ədəd, 35. ləmpə 1 ədəd, 36. ağ bakallar 6 ədəd, 37. zərli bakallar 6 ədəd, 38. konfet qabı 6 ədəd,
39. qazan 3 ədəd, 40. ləyən 4 ədəd, 41. su qabı dəmir flyaq 4 ədəd, 42. qaz balonu 1 ədəd, 43. xırda qab-qaşıqlar. Göründüyü kimi cavabdehlə aralarında notarial qaydada təsdiqlənən hər hansı razılaşma və yaxud da müqavilə olmamışdır. Bu səbəbdən də hesab edir ki, qeyd olunan qanunun tələbinə görə cavabdehin ona hər hansı tələbi ola bilməz və bu cür tələbi olsa belə əsassız hesab olunmalıdır. Ona məxsus evdə olan cehiz əşyaları cavabdehə məxsus olduğundan onun tərəfindən də götürülməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evin yerləşdiyi torpaq sahəsi Bağçılıq-yoldaşlıq birliyi tərəfindən ona verilmiş və həmin torpaq sahəsi üzərində ev tikmişlər. Lakin, evin sənədi yoxdur. Cavabdeh ilə oğlu İddiaçı2 arasında rəsmi nikah olmamış, onlar faktiki ailə həyatı qurmuş və cavabdeh həmin evə gəlin gəlmişdir. Cavabdeh uzun müddətdir Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli ünvanda yerləşən evdən çıxıb getmişdir. Ona görə də cavabdehə məxsus cehiz əşyalarının sözügedən evdən çıxarılmasını tələb edir. Odur ki, mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli ünvanda yerləşən evə 2016-cı ildə gəlin köçmüşdür. Həmin ev iddiaçı olan anası İddiaçı1 məxsus olmaqla, evin çıxarışı yoxdur. Cavabdehlə arasında rəsmi nikah olmamış, faktiki ər-arvad münasibətlərindən 2 uşaqları dünyaya gəlmişdir. Cavabdeh həmin evdən 4 ildən çoxdur ki, çıxıb getmişdir və onun harada olması barədə məlumatı yoxdur. Buna görə də düşünür ki, cavabdeh çıxıb getmişdirsə, ona məxsus əşyaların da həmin evdə qalmasının mənası yoxdur. Odur ki, mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişlər. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçılar isə buna etiraz etmədikləri üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - “İlkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-02204 nömrəli arayışdan görünür ki, arayış İddiaçı1 və İddiaçı2 “evdən cehiz əşyalarının çıxarılması” tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 18 noyabr 2024-cü il saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 25 avqust 2016-cı il tarixli, 84 nömrəli məktubunda İddiaçı1 bildirilmişdir ki, Gəncə şəhərinin cənub kənarı, Bakı-Tbilisi avtomobil yolunun cənub-qərb tərəfi boyu yerləşən 3 nömrəli Rayonlarası İ.İ.T.T.T, “Gəncə”, BYB-də yerləşən ona məxsus 400,0 kvadratmetr torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin müvafiq qaydada inşa edilməsinə Memarlıq və Tikinti şöbəsi etiraz etmir. Tikinti işləri razılaşdırılmış layihə əsasında aparılmalıdır, əks təqdirdə tikililər qeyri-qanuni hesab olunacaqdır. - Bağçılıq-yoldaşlıq birliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, Həmkarlar Komitəsinin 24 avqust 1993-cü il tarixli, 8 nömrəli protokolu əsasında birliyin üzvlərinin hər birinə 400 kvadratmetr torpaq sahəsi ayrılıb, bağçılığın inkişaf etdirilməsi məqsədi ilə yerində ölçülüb hər bir üzvünə təhvil verilməsi məqsədə uyğundur. Bakı-Tbilisi avtomobil yolunun ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı1 torpaq sahəsi bağ evi üçün ayrılması qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-96/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı2 Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası olmasının müəyyən edilməsi, X2 03 may 2012-ci il tarixdə Göygöl rayonunda anadan olmasına dair Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən 18 may 2012-ci il tarixdə aparılmış 122 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, adı “Hüseyn”, soyadı “Ələsgərov”, ata adı “Raqil”, atası qrafasında – “İddiaçı2” yazılsın. X3 01 yanvar 2019-cu il tarixdə Göygöl rayonunda anadan olmasına dair Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən 16 yanvar 2019-cu il tarixdə aparılmış 246 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, adı “Ramin”, soyadı “Ələsgərov”, ata adı “Raqil”, atası qrafasında – “İddiaçı2” yazılması, xx.xx.2012-ci il təvəllüdlü Hüseyn və xx.xx.2019-cu il təvəllüdlü Ramin atası İddiaçı2 yanında qalması və Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat olmaqla cəmi 75 (yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Məhkəmənin müəyyən etdiyi hallar: Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılardan İddiaçı1 oğlu olan digər İddiaçı2 ilə Cavabdeh ilə faktiki olaraq ailə qurmuş, aralarında rəsmi nikah bağlamamışlar. Ailə qurduqdan sonra Cavabdeh Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. İddiaçı2 cavabdehlə arasında olan faktiki nikahdan Hüseyn və Ramin adında 2 uşaqları dünyaya gəlmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-96/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı2 Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası olmasının müəyyən edilməsi həmin uşaqların İddiaçı2 yanında qalması qət edilmişdir. Cavabdeh sözügedən evdən uzun müddətdir ki, çıxıb getmişdir. Buna görə də iddiaçılar Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evdən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını istəyirlər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, iddiaçıların cavabdehin əşyalarının çıxarılmasını istədikləri Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin, Bağçılıq-yoldaşlıq birliyi tərəfindən verilmiş çıxarışda Həmkarlar Komitəsinin 24 avqust 1993-cü il tarixli, 8 nömrəli protokolu əsasında birliyin üzvlərinin hər birinə 400 kvadratmetr torpaq sahəsi ayrıldığı, bağçılığın inkişaf etdirilməsi məqsədi ilə yerində ölçülüb hər bir üzvünə təhvil verilməsinin məqsədə uyğun olduğu, Bakı-Tbilisi avtomobil yolunun ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı1 torpaq sahəsi bağ evi üçün ayrılması qərara alınmış və Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 25 avqust 2016-cı il tarixli, 84 nömrəli məktubunda İddiaçı1 Gəncə şəhərinin cənub kənarı, Bakı-Tbilisi avtomobil yolunun cənubqərb tərəfi boyu yerləşən 3 nömrəli Rayonlarası İ.İ.T.T.T, “Gəncə”, BYB-də yerləşən ona məxsus 400,0 kvadratmetr torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin müvafiq qaydada inşa edilməsinə Memarlıq və Tikinti şöbəsi etiraz etmədiyi bildirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə həmçinin, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin, Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli ev Bağçılıq-yoldaşlıq birliyi tərəfindən verilmiş çıxarışa əsasən Həmkarlar Komitəsinin 24 avqust 1993-cü il tarixli, 8 nömrəli protokolu əsasında birliyin üzvlərinin hər birinə 400 kvadratmetr torpaq sahəsi ayrıldığı, bağçılığın inkişaf etdirilməsi məqsədi ilə yerində ölçülüb hər bir üzvünə təhvil verilməsinin məqsədə uyğun olduğu və Bakı-Tbilisi avtomobil yolunun ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı1 torpaq sahəsi bağ evi üçün ayrılması qərara alınmış, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 25 avqust 2016-cı il tarixli, 84 nömrəli məktubunda İddiaçı1 Gəncə şəhərinin cənub kənarı, Bakı-Tbilisi avtomobil yolunun cənub-qərb tərəfi boyu yerləşən 3 nömrəli Rayonlarası İ.İ.T.T.T, “Gəncə”, BYB-də yerləşən ona məxsus 400,0 kvadratmetr torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin müvafiq qaydada inşa edilməsinə Memarlıq və Tikinti şöbəsi etiraz etmədiyi bildirilmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, İddiaçı1 Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evə mülkiyyət hüququ gözləniləndir və bunun üçün iddiaçının müvafiq dövlət orqanına ərizə ilə müraciət etməlidir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X9 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X9 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələb olunan Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evə iddiaçılardan İddiaçı1 mülkiyyətində olan əmlak kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün cavabdehin mübahisəli evə hər hansı hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında bu cür razılaşma olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh iddiaçılarının ailə üzvü olub-olmaması məsələsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Həmçinin Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış nikah rəsmiləşdirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin qanuni sahibi olan İddiaçı1 ilə birlikdə mübahisəli mənzildən onun ailə üzvü kimi istifadə etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarida qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə, həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh mübahisəli ev üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli evin qanuni sahibi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin Cavabdeh İddiaçı1 ailə üzvü hesab olunmadığından cavabdehin mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh məxsus əşyalar iddiaçıların evində qalmaqla sonuncunun mülkiyyət hüququndan daha rahat qaydada həyata keçirməyə maneələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçıların dəlilləri, onların izahatları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan cehiz əşyaları Gəncə şəhəri, Savalan qəsəbəsi, 3-cü küçə, 84 nömrəli evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus:
1. 2 ədəd - servant,
2. 1 ədəd - trilyaj,
3. 1 ədəd - stol,
4. 8 ədəd - stul,
5. 1 ədəd - divan,
6. 2 ədəd - kreslo,
7. 1 ədəd - stenka mebel,
8. 1 ədəd - termo,
9. 1 ədəd - yataq taxtı,
10. 2 ədəd - termo tumbuçkası,
11. 1 ədəd - mini stol,
12. 5 ədəd - xalça,
13. 3 ədəd - çil-çıraq,
14. 1 ədəd - divar saatı,
15. 1 ədəd - naçnik,
16. 1 ədəd - dəmir yataq,
17. 5 ədəd - yorğan,
18. 3 ədəd - adiyal,
19. 3 ədəd - döşək,
20. 5 ədəd - yastıq,
21. 2 ədəd - yorğan uşaq üçün,
22. 1 ədəd - tefal çaynik,
23. 1 ədəd - soyuducu,
24. 1 ədəd - tozsoran,
25. 1 ədəd - tikiş maşını,
26. 1 ədəd - duxovka,
27. 3 ədəd - pərdə,
28. 2 ədəd - xalça,
29. 2 ədəd - gül qabı,
30. 4 ədəd - meyvə qabı,
31. 6 ədəd - rəngli bakallar,
32. 6 ədəd - qırmızı bakallar,
33. 6 ədəd - yaşıl bakallar,
34. 1 ədəd - yaşıl şirniyyat qabı,
35. 1 ədəd - ləmpə,
36. 6 ədəd - ağ bakallar,
37. 6 ədəd - zərli bakallar,
38. 6 ədəd - konfet qabı,
39. 3 ədəd - qazan,
40. 4 ədəd - ləyən,
41. 4 ədəd - su qabı dəmir flyaq,
42. 1 ədəd - qaz balonu
43. xırda qab-qaşıqlardan ibarət olan əşyalar Gəncə şəhəri, Savalan qəsəbəsi, 3cü küçə, 84 nömrəli evdən çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov