Məhkəmə qərarları › İş №2(125)-1743/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1743/2024

09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1743/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızı İddiaçı QİZİ Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QİZİ Cavabdeh oğluna qarşı alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ______ xahiş etmişdir. İddiaçı QİZİ ______ tarixli ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: İddiaçı QİZİ alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar