Məhkəmə qərarları › İş №2(125)-180/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-180/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-180/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi, vəkil X1 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, ilkin İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh ilkin İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsində 09 oktyabr 2003-cü il tarixdə rəsmiləşdirilmiş nikahın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü ildə rəsmi qaydada evlənməklə ailə münasibətlərinə girmiş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2004-cü il təvəllüdlü X8 adlı 2 övladları anadan olmuşdur. X3 artıq yetkinlik yaşına çatmışdır və artıq hərbi xidmətdədir. Cavabdeh Əliyev X4 Hallar Nazirliyinin N saylı Hərbi Hissəsində yüksək vəzifədə işləyir. Aralarında olan narazılığa görə cavabdehlə yola gedə bilmirlər. Faktiki olaraq bütün münasibətləri kəsilmişdir. Azyaşlı övladına o, təkbaşına baxır və cavabdeh ona maddi cəhətdən heç bir köməklik göstərmir. Cavabdeh bu günədək uşağın saxlanılması üçün könüllü olaraq ona və uşağına köməklik göstərmir. Ona görə də o, məcbur olub alimentin sabit pul məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Odur ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 mart 2020-ci il tarixdə o, iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldırmış, bundan sonra onun tərəfindən bir çox minnətçilərin yalvar-yaxın nəticəsində boşanmalarını dayandırmışdır. O, FHN-də xidmətdədir. Hazırda da Suqovuşanda xidmətdədir. Cavabdeh tərəfindən evə, ailəyə etinasızlıq, ona bir ailə başçısı kimi hörmət göstərilməməsi, uşaqların yanında heç bir əsas olmadan narazılıqlar yaratması, əmək haqqını gizlətməklə evin büdcəsinə kömək etməməsi faktları vardır. O, döyüş bölgəsindən gələn zaman qəsdən istirahətinə maneçiliklər yaradır, saymamazlıqlar edir. Bu özbaşınalıqlar barədə valideyinlərinə və ağsaqqallarına dəfələrlə müraciətləri olmuş, lakin onun tərəfindən birmənalı olaraq heç kimin məsləhətlərinə məhəl qoyulmur, özbaşnalıqlarını ailədə açıq surətdə nümayiş etdirir. Böyük övladı hazırda hərbi xidmətdədir, kiçik övladının 15 yaşı vardır, hər bir şeyi başa düşür anlayır, anasının bu cür özbaşınalıqları qarşısında acizlik nümayiş etdirir. Cavabdehin hərəkətləri heç bir çərçivəyə sığmır, evdə dağıdıcı qərəzli mövqedədir. Özünün aldığı 700 manat məbləğində pulları hara, kimlərə xərcləməsi barədə hesabat vermir, ondan aliment tələb edir. Qarşılıqlı iddia cavabdeh tərəfindən nalayiq hərərkətlərinin nəticəsində, məcburiyyət qarşısında tələb olaraq tərtib edilmişdir. Odur ki, cavabdeh İddiaçı ilə aralarında bağlanmış Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsində 09 oktyabr 2003-cü il tarixdə rəsmiləşdirilmiş nikahlarını ləğv etməklə, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ilkin İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2008-ci il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi, vəkil X2 bildirmişdir ki, tərəflərə barışmaları üçün 3 ay vaxt verilsə də, barışmamışlar. Odur ki, ilkin iddia və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun Fövqalədə Hallar Nazirliyində işlədiyi bildirilmiş, amma özünün hər ay 700 manat məbləğində əmək haqqı aldığı gizlədilmişdir. İddia ərizəsi tərtib edilərkən, İddiaçı tərəfindən gəliri gizlədilmiş, ərizəni tərtib edən şəxs aldadılmışdır. Özünün gəlirini gizlətməklə qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı özü yüksək 700 manat məbləğində əmək haqqı aldığı halda, 300 manat məbləğində aliment tələbi qanunsuzdur. Bildirmişdir ki, uşağın saxlanmasında və tərbiyəsində o da, şərikdir. Bu gün X9 cənabları tərəfindən imzaladığı fərmana əsasən, bir uşağın ailədə saxlanmasına görə minimum yaşayış həddi 220 manat məbləğində təyin edilmişdir. Uşaq üzərində hüquqları bərabər olduğundan alimentdə də bərabərlik olmalıdır. Belə ki, ölkə üzrə təyin edilən minimum yaşayış həddi uşaqlar üçün 220 AZN manatın 50 % - i onun üzərinə düşdüyündən 110 manat məbləğində aliment tutula bilər. Odur ki, ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmışdır. Məhkəmə ilkin iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 427 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X10 və xx.xx.2004-cü il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. X8 artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflər ailə münasibətlərinin pozulması zəminində faktiki olaraq ayrılmışlar, ər–arvad kimi yaşamamaqla birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. Onlar arasında olan nikah formal xarakter daşıyır və tərəflər aralarında olan nikahın pozulmasına təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikaha xitam verilməlidir. Məhkəmə, həmçinin ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər faktiki olaraq ayrıldıqdan sonra birgə nikahdan olan X10 adlı uşaq ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yanında qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 22–ci maddəsinə əsasən tərəflərin birgə nikahından olan X10 adlı uşağın ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yanında qalması müəyyən edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alimentin tutulması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, hazırda Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Belə ki, yetkinlik yaşına çatmayan uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı İddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və İddiaçı himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, Cavabdeh hər ay dörddə bir hissəsi miqdarda alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası MPM–in 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin ilkin iddia üzrə iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər–arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 09 oktyabr 2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsində bağlanmış və 427 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Qarşılıqlı iddia təmin edilsin. Boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 adlı uşağın İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2023-cü il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı alınaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar