Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1807/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 adlı iki övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 193 manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat alimentin və mediasiya xidməti üçün ödədiyi 50 manat məbləğində rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz qeydiyyat şöbəsində rəsmi nikaha giməklə ailə qurmuşdur. Birgə nikah münasibətlərindən xx.xx.2008-ci il tarixdə X2 və xx.xx.2011-ci ildə X3 adlı iki övladları dünyaya gəlmişdir. Lakin ailə münasibətlərində qarşı tərəfin yaratdığı ciddi problemlər səbəbindən asılı olaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)3156/2019 saylı qətnaməsi əsasında nikahları ləğv olunmuşdur. Həmçinin Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci ildə anadan olmuş X3 adlı iki övladının cavabdehdə saxlanılmasını xahiş etsə də, lakin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-33/2022 saylı qətnaməsi əsasında Cavabdeh iddiası təmin edilməmiş və hər iki uşaq onun himayəsində saxlanılmışdır. İndi hər iki uşaq onun yanında qalmaqdadır və ataları Cavabdeh bir dəfə belə öz övladları ilə maraqlanmır, ehtiyacları barədə heç bir addım atmır və bir dəfə belə ata olaraq telefon zəngi ilə belə uşaqlarının necə və nəyəsə ehtiyacı olduqlarını soruşmur. O, Bakı şəhərində yaşayıb işlədiyi üçün övladlarının hər ikisini də Bakı şəhərində orta məktəbə qoymuşdur. Lakin əvvəlki illərdə Gəncə şəhərində təhsil aldıqları üçün xərcləri daha az idi, hal-hazırda uşaqların maddi ehtiyaclarını tək qadın kimi ödəməkdə çətinlik çəkir və bir ata olaraq cavabdeh öz övladlarına qanunvericiliyə uyğun olaraq yetkinlik yaşlarına çatanadək aliment verməlidir. Çünki Cavabdeh aylıq normal gəliri vardır, özünə məxsus çay evi işlədir, aylıq gəliri normal maaşdan da artıqdır. Bu məsələ ilə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, qarşı tərəf mediasiya iclasına gəlmədiyinə görə mediatorun cavabdehin iştirak etməməsi barədə arayışı əsasında bütün bu xüsusiyyatların məhkəmədə araşdırılması üçün o da bir ana kimi iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə xx.xx.2007-ci il tarixdə nikahı rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-3156/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Onun ümidi yalnız anasının aldığı pensiyasınadır. Onun yaşı ilə əlaqədar olaraq heç bir yerdə işə götürmürlər, məcburən çayxanada çayçı işləyir. Aylıq gəliri 350-400 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 405641 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-3156/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21 aprel 2020-ci il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 219453 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 15 iyul 2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 647769 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 11 mart 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-02492 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı “aliment tələbi” ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə 5 iş günü əvvəlcədən telefon və poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 20 iyun 2022-ci il tarixində, saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-33/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı “uşaq tələbi” barədə iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh hazırki iddia ərizəsinə etirazından görünür ki, iddiaçı ilə Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan Ruslana və Məhəmməd adlı övladları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Onun tərəfindən uşaqların onun yanında qalmaları barədə iddia ərizəsi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-33/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Onun tərəfindən uşaqlarına olan istəyi və qayğısı məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Uşaqların onun yanında qalmalarına əsaslı səbəblər yaranmışdır. Belə ki, iddiaçının nalayiq hərəkətləri övladlarının tərbiyəsinə çox pis təsir edir. İddiaçının bu cür dözülməz hərəkətlərini sübutedici şəkilləri vardır. O, istəməz ki, uşaqları buna görə travma alsınlar. Bu səbəbdən də uşaqların onun yanında qalmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi təmin edilməmişdir. İddiaçı ərizəsinə qeyd edir ki, o, işlə əlaqədar Bakı şəhərinə köçmüşdür, uşaqlarda orada məktəbə gedirlər. Gəncə şəhərində məktəbdə oxuyarkən xərcləri daha az idi. Bakıda xərcləri isə daha artıqdır, cavabdehə məxsus çay evi vardır, normal gəlirləri vardır. Məhkəmədə iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür. Ərizədə onun gəlirləri barədə hansı çay evi ona məxsusdur, hansı sənədləşmələr əsasında kimin adına konkret heç bir sübutlar qeyd edilməmişdir. Məhkəməyə iddia tələbi ilə müraciət edən iddiaçı qanunvericiliyin tələblərinə əsasən məhkəməyə bunları sübutedən sənədlər təqdim etməlidir. Onda olan faktlara əsasən iddiaçının Bakı şəhərində işlədiyi yerdə 2500 manat gəliri vardır. Onun isə ümidi yalnız anasının aldığı pensiyayadır. Onun yaşı ilə əlaqədar olaraq heç bir yerdə işə götürmürlər, günəmuzd fəhləlik işləri tapmaqla vəziyyətdən çıxmağa çalışır, iddiaçı da bunu çox yaxşı bilir. İddiaçı tərəfindən qərəzlilik edilməklə, aliment tələbi ilə iddia ərizəsi məhkəməyə verimişdir. Ailələrinin dağılması iddiaçının nalayiq hərəkətləri nəticəsində baş vermişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə birgə rəsmi nikahından xx.xx.2008-ci il tarixdə X2 və xx.xx.2011-ci ildə X3 adlı uşaqları doğulmuşdur. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün, “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atasından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, eyni zamanda cavabdehin gəlirləri barədə işdə sübutun olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 24 avqust 2022-ci il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir. Mediasiya dair xərc iddiaçı tərəfindən ödənildiyindən və cavabdehin dəvət edilməsinə baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat pul alınaraq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 3120 manat təşkil etdiyindən, 51,2 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 51,2 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1807/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1807/2022
11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver