Məhkəmə qərarları › İş №2(125)-1827/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1827/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1827/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikah qeydindən keçərək ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 doğulmuşdur. Onlar cavabdehlə 2018-ci ilin oktyabr ayında faktiki olaraq ayrılmışlar. xx.xx.2019-cu il tarixində isə cavabdehlə aralarında olan nikaha məhkəmə qaydasında xitam verilmiş və Musazadə Zəhra və Musazadə Hüseyn adlı uşaqları Cavabdeh himayəsində saxlanılmışdır. xx.xx.2021-ci il saat 22:00-da qızı Zəhra ona ağlaya-ağlaya zəng vuraraq anası və ana nənəsi tərəfindən evdən qovulduğunu və onu götürməyini bildirmişdir. Təbii ki, o, dərhal Zəhranı yaşadığı evə gətirmişdir. Həmin vaxtdan bu günədək Zəhra onunla yaşayır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X10 onun yanında saxlanılmışdır. Qızı Zəhra cavabdehin yanında yaşadığı vaxtlarda cavabdeh tərəfindən Zəhraya ağır şiddətlər göstərmişdir ki, onun nəticəsində Zəhra şəkərli diabet İİ tip, diabetik ketoasidozla E 11.1-lə yanaşı Piylənmə, ekzogen-konstitusional E 66.0, D vitamininin çatışmazlığı E 55 xəstəliyi tapmışdır. Məhz qızı Zəhranın şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyinə və xəstəlik üçün çəkdiyi xərclərə görə məcburiyyətdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh Zəhraya baxmır, onun saxlanılması müalicə və müayinə olunması üçün heç bir maddi mənəvi köməklik etmir. O, qanunvericiliyin tələbinə uyğun olaraq aliment tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Uşağının normal yaşaması, böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. O, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində yük avtomobili sürücüsü vəzifəsində işləməklə, 360 manat əmək haqqı alır. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşağının saxlanılması vaxt keçdikcə mürəkkəbləşir. Uşağı normal böyütmək, müalicə və müayinə olunması üçün hər ay aliment puluna çox ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, himayəsində olan Zəhra adlı uşaq şəkərli diabet xəstəsidir. Zəhranın xəstəliyi ilə bağlı dərmanları dövlət hesabına alsa da, maddi vəziyyəti yaxşı olmadığı üçün uşağın saxlanılmasında çətinlik çəkir. Buna görə də Cavabdeh aliment tələb edir. Əvvəllər Zəhranın saxlanması üçün aliment tələbinə dair iddia qaldırsa da iddia tələbi apellyasiya məhkəməsi tərəfindən rədd edilmişdir. Hazırda əmək qabiliyyətli olmaqla rəsmi qaydada işləyir. Buna baxmayaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh aliment ödəməyə imkanı yoxdur. Belə ki, cavabdeh aztəminatlı olmaqla, yanında qalan Hüseyn adlı uşağın saxlanılması üçün İddiaçı aliment tələb etdiyindən iddiaçının cavabdehdən Zəhra adlı uşağın saxlanması üçün aliment tələb etməsi düzgün deyildir. Bu məsələyə dair apellyasiya məhkəməsinin qətnaməsi vardır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞS/1/2024-00011 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 02 fevral 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, 27 may 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X10 və xx.xx.2011-ci il tarixdə doğulmuş X7 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılması, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladları xx.xx.2010-cu il tarixdə doğulmuş X10 və xx.xx.2011-ci il tarixdə doğulmuş X7 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X10 iddiaçı (atası) İddiaçı yanında saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbi “şəkərli diabet xəstəsi olan 16 fevral 2010-cu il təvəllüdlü X2 müalicəsində xərclərin yarı hissəsinin tələbi, gələcəkdə çəkiləcək xərclərdə Cavabdeh cəlb edilməsi” hissəsində təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumu (mediasiya xərci) iddiaçıya aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsi qismən - xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X21” X22 Endokrinoloji Şöbəsinin 03 mart 2023-cü il tarixli, 23 nömrəli və 07 mart 2024-cü il tarixli, 53 nömrəli arayışlarından görünür ki, X10 xx.xx.2022-ci ildən Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş xəstəxananın Endokrinoloji şöbəsində qeydiyyatdadır. Diaqnoz: şəkərli diabet 2-ci tip. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X21” X22 Endokrinoloji Şöbəsinin 05 may 2024-cü il tarixli, 97 nömrəli arayışından görünür ki, X10 xx.xx.2022-ci ildən Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş xəstəxananın Endokrinoloji şöbəsində qeydiyyatdadır. Diaqnoz: şəkərli diabet 1ci tip. Hər ay mütəmadi olaraq, Metforix 1000 N60 ədəd həb alır. AZ-İİ seriyalı, 424008 nömrəli doğum haqqında şəhadətnamənin notarial qayadda təsdiq edilmiş surətindən görünür ki, X10 16 fevral 2010-cu il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – Cavabdehdır. Tibbi Ərazi Bölmələrini X4 X16 Kliniki Xəstəxanasının stasionar xəstənin tibbi kartasından 1883 nömrəli çıxarışın surətindən görünür ki, X6 aparılan müalicə kursundan sonra vəziyyəti yaxşılaşmışdır. Aktivdir. İntoksikasiya əlamətləri yoxdur. Glikemiya norma daxilində. Müsbət dinamika ilə evə yazılır. “Diabet məktəbində” təlim kursu keçirilib. Sahə həkimi, endokrinoloqun nəzarətində olmalıdır. AZ-İİ seriyalı, 433599 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah 15 mart 2021-ci il tarixində Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 mart 2021-ci il tarixində 375 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Musazadə”, arvada “Musazadə” soyadı verilmişdir. AZ-İV seriyalı, 747073 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 may 2022-ci il tarixində doğulmuşdur. Atası: İddiaçı, anası: X8r. AZ-İV seriyalı, 747074 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 may 2022-ci il tarixində doğulmuşdur. Atası: İddiaçı, anası: X8r. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını rəsmiləşdirməklə evlənmiş və onların birgə ailə münasibətlərindən 16 fevral 2010-cu il təvəllüdlü Zəhra və 23 sentyabr 2011-ci il təvəllüdlü Hüseyn adlı iki uşaqları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, 27 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X10 və xx.xx.2011-ci il tarixdə doğulmuş X7 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılmış, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladları xx.xx.2010-cu il tarixdə doğulmuş X10 və xx.xx.2011-ci il tarixdə doğulmuş X7 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı uşaq tələbinə dair məhkəmədə iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X2 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Daha sonra İddiaçı ödənilən alimentin dayandırılması, aliment tələbi, şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin və gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbi “şəkərli diabet xəstəsi olan 16 fevral 2010-cu il təvəllüdlü X2 müalicəsində xərclərin yarı hissəsinin tələbi, gələcəkdə çəkiləcək xərclərdə Cavabdeh cəlb edilməsi” hissəsində təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumu (mediasiya xərci) iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsi qismən - xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqların saxlanması ilə bağlı razılıq olmadıqda mübahisə məhkəmə qaydasında həll olunur. Uşaqların saxlanması üçün tutulan alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulur. Tərəflərdən hər birisinin yanında uşaq qaldıqda isə, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunvericilik tərəflərdən hər birisinin yanında uşaq qaldıqda bir valideyndən az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Əks halda alimentin tutulması mənasız olacaqdır, yəni bir tərəf aldığını eyni ilə digər tərəfə qaytarmalı olacaqdır ki, bu da nəticə etibarilə uşaqların marağına ziddir. Buna görə də məhkəmə hesab edir ki, hazırda uşaqlardan biri anasının himayəsində olmaqla iddiaçıdan həmin uşağın saxlanması üçün aliment tutulduğuna görə, iddiaçının himayəsində qalmış uşaq üçün də cavabdehdən iddiaçının xeyrinə aliment tutulması uşaqların marağına yox, iddiaçının marağına uyğundur. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi davam edən hüquq münasibəti olsa da aliment tələb edən İddiaçı maddi vəziyyətində pisləşmə baş verməsi, o cümlədən başqa cür vəziyyətinin ağırlaşmasına (əmək qabiliyyətinin itməsi və.s) dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar