Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1849/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən hər uşağa görə 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tələbinə MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə evlənmişlər. Cavabdehlə birgə evliliklərindən xx.xx.2015-cı il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-cı il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə 11 ildir ailə hesab olunsalar da, faktiki olaraq bu 11 ildə dəfələrlə onları tərk etmişdir və sonda da geri qayıtmışdır. Lakin geri döndükdə isə pulsuz gələrək, içkiyə qurşandığı üçün evdə azyaşlı uşaqların yanında nalayiq hərəkətlərə, əsasən də özünə qarşı mütəmadi və vərdiş halına çevirmişdir. Son mübahisələri 16 iyunda olmuş və 102 qaynar xətinə müraciət etməli olmuşdur. Bir ata olaraq uşaqlarının necə böyüməsindən xəbəri yoxdur. Nə yeyirlər, nə geyinirlər , bir sözlə desək bütün ehtiyyaclar onun üzərinə düşür. İşlədiyi yerdə gecə növbəsi olduğu üçün ona maneələr yaratmışdır. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, hər ay hər uşaq üçün 80 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli MŞG/1-02895 seriyalı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İV 043791 nömrəli, AZ-İV 012219 nömrəli və AZ-İV 115382 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2015-ci ildə Yusif, xx.xx.2016-cı ildə Asif və xx.xx.2018-ci ildə Vasif adlı uşaqları anadan olmuşdur. AZ-İ 339570 nömrəli, AZ-İ 339473 nömrəli və AZ-İ 354626 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə doğulmuş Yusifin, xx.xx.2016-cı il tarixdə doğulmuş Asifin və xx.xx.2018-ci ildə doğulmuş Vasifin atası Cavabdeh hesab olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin xx.xx.2015-ci ildə Yusif, xx.xx.2016cı ildə Asif və xx.xx.2018-ci ildə Vasif adlı uşaqları anadan olmuşdur. Yetkinlik yaşlarına çatmayan uşaqların hər üçü iddiaçının yanında qalmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh uşaqların qayğısına qalmamış, onların saxlanmasında maddi cəhətdən köməklik etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2015-cı il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 48,80 manat alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2015-cı il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 48,80 (qırx səkkiz manat 80 qəpik) manat alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(125)-1849/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1849/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver